Ərazilərin rus işğalından azad edilməsi: Zelenski hərəkətə keçdi

Ərazilərin rus işğalından azad edilməsi: Zelenski hərəkətə keçdi

Ukrayna Prezidenti Vladimir Zelenski bu gün ABŞ müdafiə naziri Lloyd Ostinlə görüşəcək.

Miq.Az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin saytında məlumat yayılıb.

Lloyd Ukrayna müdafiə naziri Andrey Taranla Zelenskini Pentaqonda qəbul edəcək. Tərəflər iki ölkə arasında hərbi əməkdaşlığın bir sıra vacib məsələlərini müzakirə edəcəklər.

Ukrayna lideri amerikalı həmkarı Co Baydenlə görüşmək üçün bu gün Vaşinqtona uçub.

Zelenski səfərdən əvvəl Baydenlə Ukrayna və ABŞ arasındakı strateji tərəfdaşlığın vacib məsələlərinin müzakirə olunacağına əminliyini ifadə edib.

Liderlər arasındakı görüş sentyabrın 1-də keçiriləcək.

Səfərdən əvvəl açıqlama verən hakim "Xalqın xidmətçisi” partiyasının lideri və Ali Radadakı eyniadlı fraksiyanın rəhbərinin birinci müavini Aleksandr Korniyenko Baydenlə Zelenski arasındakı danışıqların əsas mövzusunun Donbas və Krımın Rusiya işğalından azad edilməsi məsələsi olacağını bildirib.(teleqraf.com)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az