Ərdoğan Davudoğluna yeni vəzifə verəcək

Ərdoğan Davudoğluna yeni vəzifə verəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün baş nazir və Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Əhməd Davudoğluna seçki hökumətinin qurulması üçün vəzifə verəcək.

Vətəninfo.az-ın məlumatına görə, Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu dəqiqələrdə Prezident Sarayında prezident və baş nazir arasında görüş keçirilir.

Rəcəb Tayyib Ərdoğan dünən Türkiyə Böyük Millət Məclisinin sədri İsmət Yılmazla görüşüb. Görüşün başa çatması ilə 7 iyunda keçirilən parlament seçkilərinin təkrarlanması prosesinə start verilib. Növbədənkənar seçkilərin keçirilməsi barədə qərarın "Rəsmi Qəzet”də dərc olunması ilə müvəqqəti seçki hökumətinin qurulması üçün verilən 5 günlük müddət başlayıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az