Ərdoğan: "PUA donanmamızı dünyanın bir nömrəlisi edəcəyik"

Ərdoğan:

"AKINCI ilə təkmilləşdirdiyimiz PUA donanmamızı pilotsuz döyüş təyyarə sistemimizin tətbiqi ilə dünyanın bir nömrəlisi edəcəyik”.
 
Miq.Az "TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şişecam Polatlı fabrikinin yeni istehsal xəttinin açılış tədbirində bildirib.
 
Onun sözlərinə görə, təxminən 12 min adamın işlədiyi Şişecamın bazarda payı 86 ildir ki, durmadan artır.
 
Rəcəb Tayyib Ərdoğan əlavə edib ki, Türkiyə müdafiə sənayesi xarici məhsullardan asılılığı 80 faiz azaldıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az