Ərdoğan, Putin və Ruhaninin maraqlı YEMƏK SÖHBƏTİ ÜZƏ ÇIXDI

Ərdoğan, Putin və Ruhaninin maraqlı YEMƏK SÖHBƏTİ ÜZƏ ÇIXDI

Aprelin 4-də Ankarada keçirilən Türkiyə, Rusiya və İran prezidentlərinin Suriya üzrə üçtərəfli görüşü zamanı Prezident Sarayında zirvə yeməyində maraqlı anlar yaşanıb.

Publika.az "Milliyyət” nəşrinə istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhani yemək zamanı xüsusi söhbət edib.

Qəzetin xəbərinə görə, Prezident Sarayının bağça hissəsində manqal qoyulmuşdu. İran prezidenti nə bişirildiyi ilə maraqlanır. Ərdoğan cavab olaraq "Bişən cağ kababıdır, dönər kimi bişən bir yeməyimizdir” deyir. Arxası manqala tərəf olan Ruhani "nə bişdiyini görə bilmirəm, onsuz da, nəyin bişiriləcəyini məndən soruşmadılar” deyərək zarafat edir.

Söhbətə Putin qarışır və iranlı həmkarının narahatlığına son qoyur: "Ərdoğan hər zaman ən yaxşısını ikram edər, narahat olmayın”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az