Ərdoğan Putinə DOSTUM deyə müraciət etdi

Ərdoğan Putinə DOSTUM deyə müraciət etdi

"Dostum Vladimirlə görüş iki ölkənin münasibətlərində yeni səhifə açacaq" 


Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində RF prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olacaq.

"Bu, tarixi görüş və yeni başlanğıc olacaq. Mən dostum Vladimirlə danışıqlarımızın iki ölkə tarixində yeni səhifə açacağına və münasibətlərimizin aramızda yaranmış böhrandan öncəki səviyyəyə çatdırılacağına inanıram",- deyə Ərdoğan agentliyə verdiyi müsahibəsində bildirib.

Xatırladaq ki, Türkiyə və Rusiya arasında 8 ay davam etmiş siyasi böhrandan sonra dövlət başçıları bu gün ilk dəfə görüşəcək. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az