Ərdoğandan Lavrova sərt CAVAB: "Afrini kimə qaytaracağımızı özümüz yaxşı bilirik"

Ərdoğandan Lavrova sərt CAVAB:
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Afrində vəziyyəti normallaşdırmaq üçün ən sadə üsul onu Suriya hökumətinin nəzarətinə qaytarmaqdır fikrinə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sərt münasibət bildirib.

Unikal.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ərdoğan Lavrovun çağırışına belə münasibət bildirib: "Bu yanaşma çox səhvdir. Biz hazırda Afrini kimə verəcəyimizi çox yaxşı bilirik.
Qeyd edək ki, Lavrov Moskvada keçirdiyi mətbuat konfransında bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanheç vaxt Türkiyənin Afrini işğal etmək istədiyini söyləməyib: "Afrində indi vəziyyət normallaşıb və Türkiyə qarşısına qoyduğu əsas məqsədə nail olub. Buna görə də bu ərazi Suriya hökumətinin nəzarətinə qaytarılmalıdır”.
Xatırladaq ki, Türkiyə ordusu və müxalif Azad Suriya Ordusu bu il yanvarın 20-də Afrin bölgəsini PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləmək üçün "Zeytun budağı” əməliyyatına başlayıb. Martın 18-də Afrin şəhəri terrorçulardan alınıb və bununla da əməliyyatın əsas mərhələsi başa çatıb.


Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az