Ərdoğanı Rusiya Müdafiə Nazirliyi xilas edib

Ərdoğanı Rusiya Müdafiə Nazirliyi xilas edib

Rusiya Türkiyədəki hərbi çevriliş cəhdinə bir neçə saat qalmış bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğana xəbərdarlıq edib. İranın «Fars» agentliyi belə bir iddia ilə çıxış edib.

Agentliyin xəbərinə görə, bu barədə Ankaradakı diplomatik mənbələr bir neçə ərəb kütləvi informasiya vasitələrinə məlumat veriblər.

Mənbələrə əsasən, Türkiyənin milli kəşfiyyatı hazırlanan hərbi çevriliş barədə məlumatı Rusiyanın Müdafiə Nazirliyindən alıb.

Diplomatların sözlərinə görə, regionda yerləşən Rusiya ordusu hərbçilərin danışıqlarını tuta bilib və radio məlumatlarının kodlarını açıb. Həmin məlumatlarda Türkiyə ordusunun Ankarada ölkə hakimiyyətinə qarşı çevrilişə başlamağa hazır olduğu deyilirmiş.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az