Erməni bəstəkar: "Biz bu dəfə Qarabağı birdəfəlik itirəcəyik"

Erməni bəstəkar:
"Əgər biz bu dəfə də umümxalq hərəkatına başlaya bilməsək onda Qarabağı birdəfəlik itirəcəyik."
 
Bu sözləri məşhur erməni bəstəkar Ruben Axverdyan İrəvanda təşkil edilən mitinqdə bildirib. O, deyib ki, ermənilərin hazırda türklər və ruslarla problemi var.
 
"Niyə rus telekanalları Roma Papasının Ermənistana səfərini işıqlandırmadı? İndi onlar ilk fürsətdə bizə terrorçu deyirlər. İndiki hakimiyyət xalqa deyil, rus xüsusi xidmət orqanlarına xidmət edir. Onlar uzun müddətdir xalqın qanını sorurlar. Artıq bunu etiraf etməyin vaxtı gəlib çatıb", - deyə erməni bəstəkar bildirib./Baku.ws/

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az