Erməni deputatdan baş nazirə ağır sillə: "Karen Karepetyan kimdir?"
Ermənistan Respublika Partiyasının deputatı, "Yerkrapa” yarımhərbi təşkilatının rəhbəri Manvel Qriqoryan ölkənin baş naziri Karen Karepetyanı Serj Sarkisyanla müqayisə edib.
A24.Az erməni mətbuatına istinadən xəbər verir ki, jurnalistlərə açıqlama verən erməni millət vəkili Qarabağ problemi haqqında aparılan danışıqları Serj Sarkisyan kimi "yürüdə bilən” hələ ki heç kimin olmadığını bildirib.
Üzünü jurnalistlərə tutub, sual verən M.Qriqoryan elə bir adam varsa, adını deyin, biz də bilək. Jurnalistlər isə bu suala cavab olaraq Ermənistanın baş naziri Karen Karapetyanın adını çəkiblər: "Karen Karapetyan kimdir? O, Qarabağ və orda gedən müharibə haqqında nə bilir ki, nə də desin? Bəlkə gələcəkdə Sarkisyan kimi biri bu mövzulardan yaxşı başı çıxan olacaq. Siz mənə bu mövzunu daha yaxşı bilən bir adamın adını deyin. Mən hazırda elə bir adam tanımıram”, – deyə erməni deputat əlavə edib.
Miq.Az