Erməni hərbçilər Qarabağda döyüşməkdən imtina etdi – APREL ŞOKU

Erməni hərbçilər Qarabağda döyüşməkdən imtina etdi – APREL ŞOKU

Ermənistan "aprel müharibəsi”nin şokundan hələ də ayılmayıb.
 Hazırda erməni ictimaiyyəti "aprel müharibəsi”ndə ölənlərin ailələrinə və yaralananlara maddi yardımın verilməməsini müzakirə edir.

"Lragir” saytı yazır ki, apreldə baş verən silahlı toqquşma sözün əsil mənasında şok effekti yaratdı: "Lakin ölkə hələ də bu şokdan ayılmayıb. Eyni zamanda, "dördgünlük müharibə”də ölən və ağır yaralananların ailələrinə sosial təminatın verilməməsi, yaxud bunun çox az miqdarda olması da ayrıca şok effekti yaradır. Bu sahədə problemin olduğu danılmaz faktdır”.

"Aprel müharibəsi”ndə Azərbaycanı örnək göstərən sayt qeyd edir ki, əgər Ermənistanda həmin döyüşdə ölən və yaralanların ailələrinə, yetkinlik yaşına çatmayan övladlarına diqqət göstərilməsə, növbəti müharibədə heç bir hərbçi döyüşmək istəməyəcək: "Bu reallıqdır. Reallıq odur ki, dövlətdən diqqət görməyən döyüşçülər Qarabağdan imtina edirlər. Əgər özlərindən sonra övladlarına baxan olmayacaqsa, onlara müharibə lazım deyil. Bu reallığı dəyişmək üçün doğru addımlar atmaq lazımdır”./Publika.az/

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az