Erməni mediası: Əliyev Qarabağı azad edir, Sarkisyan isə kef çəkir

Erməni mediası: Əliyev Qarabağı azad edir, Sarkisyan isə kef çəkir

Ermənistan prezidenti Serj Sarkisyanın başı toylara qarışıb.

Publika.az xəbər verir ki, Sarkisyan bu günlərdə iki toyda iştirak edib.

"Qraparak” qəzeti yazır ki, erməni prezident 25 milyon dollara inşa oluna "Renesans” restoranında keçmiş qubernator Vayos Dzorun qızının toyuna qatılıb: "Digər toy isə "Odjax” restoranında keçmiş polis rəisi Ayk Artünyanın qızının olub. Sarkisyan hər iki toyda iştirak edib və şahidlər prezidentin yetərincə yeyib-içdiyini, şənləndiyini danışırlar. Ölkənin indiki vəziyyətində prezidentin toy bumu yaşaması narahatedici məqamdır”.

Qəzet daha sonra Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış siyasi situasiyaya toxunaraq, ərazilərin qaytarılması məsələsini qeyd edir və bunun fonunda Sarkisyanın toyda kef çəkməsini tənqid edir.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az