Erməni məmur general Muradovu təhqir etdi - Köçəryanı isə hədələdi

Erməni məmur general Muradovu təhqir etdi - Köçəryanı isə hədələdi

Ermənistanın Avan rayonu merinin müavini Nerses Poqosyan keçmiş prezident Robert Köçəryanı ölümlə hədələyib və Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradovu təhqir edib. Virtualaz.org bildirir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
 

Məlumata görə, Nerses Poqosyan Facebook səhifəsində belə yazıb: "Muradov, Muradov adi saxtakardır. Rob, mənim əsgərimin həyatı ilə oynadığına görə cavab verəcəksən, əqrəb kimi öləcəksən".

Xatırladaq ki, iki gün öncə Ermənistanda "hərbi əsrilər"in İrəvana qaytarılması ilə bağlı ajiotaj yaranmışdı. Hətta xeyli sayda insan onları qarşılamaq üçün aeroporta toplaşmışdı.
 

Öz növbəsində, Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri general Rüstəm Muradov Ermənistan rəhbərliyini hərbi əsirlər məsələsində təxribatda ittiham edib.

"Bu yalan və təxribatdır. Onlardan soruşun. Əhalini aldadırlar. Məhbusların geri qaytarılması planlaşdırılmamışdı. Bakıya işgüzar səfər idi", - Rusiya generalı erməni jurnalistin bir gün əvvəl Ermənistan rəhbərliyinin məhbusların geri qayıtması barədə nə üçün məlumat yayması ilə bağlı sualını cavablayarkən deyib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az