Erməni nazirdən etiraf: “Dövlət borcu idarə olunan həddi keçdi”

Erməni nazirdən etiraf: “Dövlət borcu idarə olunan həddi keçdi”

"Dövlət borcunun nominal və nisbi həcmi idarə olunacaq həddi keçib”.
 
Bu barədə Ermənistan parlamentində çıxışı zamanı Maliyyə naziri Atom Cancuqazyan deyib.
 
O  bildirib ki, Ermənistanın borcu 7,969 milyard ABŞ dollarına çatıb.
 
Onun sözlərinə görə, 5,593 milyard dollar hökumətin xarici borcudur. Bu borcun qeyri-rezidentlərdən olması və əsasən valyuta ilə əks olunması risk yaradır.
 
Nazir qeyd edib ki, borcun 76 faizi xarici valyuta, 24 faizi isə dramla əksini tapır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az