Erməni nazirin arvadına-"abırsız, bədbəxt, həyasız"
Erməni qalmaqalı: nazirin arvadına "abırsız, bədbəxt, həyasız" dedilər - FOTO
"O, quzu dərisinə bürünən, amma qəddarlığı və bivecliyi bəlli insandır. O, bədbəxt müdafiə naziridir. O, şeytandır".
Miq.az Milli.Az-a istinadən bildirir ki, Yerevandakı operativ.am saytında dərc olunmuş "Quzu dərisindəki canavar" yazısı Ermənistanın müdafiə naziri Seyran Ohanyanın xanımından bəhs edir.
Müəllif yazır: "Şeytan! Mələk qanadlarıyla Müdafiə Nazirliyinin bədbəxt rəhbərinin ağılsız arvadı... Həyasız maneken, öz geyimlərini Facebook-da reklam edən axmaq.
Ar olsun sənə! Ruzik, minlərlə dollarlıq alış-veriş əvəzinə hansısa imkansız bir ailəyə kömək edə bilərdin və yaxud hər hansı bir xəstə uşağa yardım edərdin.
Göyərçinlərlə, bahalı geyimlə mənasız şəkillərin əvəzinə bir ehtiyacı olan uşaqla şəkil çəkdirsəydin, xəstələrə, imkansızlara kömək çağırısı etsəydin, nə olardı ki? O geyimlərinə xərclədiyin pulları hər hansı xeyriyyə işlərinə xərcləsəydin, adın daha da hörmətli olardı, başın uca olardı. Və nahayət o xərclədiyin pullar atanın pulları deyil. Sənin və sənin ərinin xalqdan oğurladığı pullardır ki, bu gün siz xərcləyirsiniz. Utanmaz, başıboş qadın! Güya ki, həkimsən... Amma sən o gözüyaşlı, müalicəyə ehtiyacı olan xəstələri görmürsən.
Yoxsa sən də ərin kimi insafını unudubsan?!"
Miq.az