Erməni “ombudsman” Kəlbəcərin kəndində "insan haqları"ndan danışdı...-Həyasızlıq!..

Erməni “ombudsman” Kəlbəcərin kəndində

"Ermənilər burada 1993-cü ildə kənd işğal edildikdən sonra qanunsuz olaraq məskunlaşıblar və bu kənddə tarix boyu bir nəfər də erməni yaşamayıb...”  
 
"Dağlıq Qarabağın Çərəktar kəndinin sakinləri normal həyat sürmək imkanından məhrumdur, övladları təhsil ala bilmir. 2020-ci il müharibəsi zamanı icmanın bir çox sakini doğma torpaqlarını tərk etməzdən əvvəl evlərini yandırıb”.
 

Moderator.az xəbər verir ki, bunu Xankəndindəki qondarma separatçı-terrorçu rejimin qanunsuz "ombudsman”ı Qeqam Stepanyan öz "Facebook” səhifəsində yazıb.
 
Söhbət Kəlbəcər rayonunun  10 noyabr bəyanatına əsasən Rusiya sülhməramlılarının nəzarətində qalmış  Çərəktar kəndindən gedir.  Bu kənddə tarix boyu bir nəfər də erməni yaşamayıb.  Ermənilər burada 1993-cü ildə kənd işğal edildikdən sonra qanunsuz olaraq məskunlaşıblar...  
 
Üzdəniraq "hüquq müdafiəçisi”  həyasızcasına iddia edir ki,  Azərbaycan mövqeləri Çərəktara bitişik təpələrdə yerləşir və bu da birbaşa oradakı ermənilərin təhlükəsiz yaşamaq hüquqlarını pozur,  "eləcə də əhalinin digər həyati hüquqlarının reallaşması üçün təhlükə yaradır”...
 

Xatırladaq ki,  10 noyabr razılaşmasına əsasən Kəlbəcər rayonunun Azərbaycana təhvil verilməsi ilə bağlı qərar verildikdən sonra ermənilər  Çərəktar kəndinin də əldən çıxacağını zənn edərək evlərini yandırıb oranı tərk ediblər. Lakin  sonradan kəndin "rəhbəri” deyib ki, sözügedən kənd və Tərtər rayonunun Umudlu kəndi ermənilərin nəzarətində qalacaq. Kənd sakinləri bundan son anda, yəni artıq evləri yandırıb çıxdıqdan sonra xəbər tutublar və şoka düşüblər... 
 
Hazırda separatçı rejim kənddəki evləri aylardır bərpa etməyə çalışsa da, maliyyə yoxluğu ucbatından işləri tamam yarımçıq qalıb...
 
P.S. 1988-1994-cü illərdə işğal edilmiş yüzlərlə digər yaşayış məntəqəmiz kimi Kəlbəcərin Çərəktar kəndinin əsl Azərbaycan  türkü olan sakinlərinin də (hələ vəhşicəsinə qətlə yetirilmələrini, əsir düşmələrini demirik) 28 ildən çoxdur ki, pozulmuş yaşam hüquqları bu gün də tapdanmaqda davam edir, ancaq bizim ombudsmanların səsi belə gur çıxmır...
 
Sultan Laçın


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az