"Erməni şərab zavodu nəzarətimizə keçdi, 1 milyon dollar..." - Qubad İbadoğlu


"Ermənilərin Xocavənd rayonunun Tuğ kəndində istehsal etdiyi "Kataro" şərab zavodu Azərbaycanın nəzarətinə keçib. Bundan sonra "Kataro" şərabları olmayacaq, orda şərab istehsalı davam etsə də Azərbaycan məhsulu kimi bazara çıxarılacaq”.

Miq.Az xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu deyib.

O bildirib ki, şərab eyniadlı monastıra görə belə adlandırılıb: "Guya XVII əsrdə tikilən, 2480 metr yüksəklikdə yerləşən monastır ermənilərə məxsus olub. Kaliforniya ermənisinə məxsus zavod 2010-cu ildən fəaliyyətə başlayıb, hər il 60 000 şüşə şərab istehsal edib, erməni məhsulu ilə satışa çıxarırdı. Ermənilər bu markanı əsasən Rusiya bazarı üçün istehsal edirdilər.

Ermənilərin şişirdilmiş qiymətləndirmələrinə görə, şərab zavodunun dəyəri 1 milyon dollar olub”.

Qubad İbadoğlu deyir ki, ermənilər Qarabağda arxayın biznes qurub: "30 ildir bizim torpaqlarımızı, mədənlərimizi istismar edib, "Ermənistan istehsalı” adı ilə dünya bazarına çıxarıblar. Hadrut və Füzuli tərəfdə əkinə yararlı torpaqlar hamısı şum altında olub, üzüm plantasiyaları salınıb, şərab zavodları açılıb, hətta hər il "Şərab turu” adlı turist səfərləri də təşkil olunub.

Nə qədər oğurlayıblar, hamısını burunlarından gətirmək lazımdır. Onları məhkəməyə verib, təzminat istəmək lazımdır”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az