Ermənilər Azərbaycan evlərini satıb pul qazanırlar

Ermənilər Azərbaycan evlərini satıb pul qazanırlar

Tezliklə bölgədə qızmar, hətta qaynar günlər başlayacaq

İşğal altında olan Şuşada azərbaycanlılara məxsus evləri satmaq istəyirlər.

İstiPress-in məlumatına görə, bu barədə özünü ermənilər tərəfindən işğal edilmiş şəhərin meri kimi təqdim edən hansısa Artsevik Sarkisyan bildirib.

Onun sözlərinə görə, Şuşa şəhərində  çox sayda evin sahibi artıq çoxdan bu şəhərdə yaşamır. Açıq-aydın görünür ki, söhbət silah gücünə Şuşadan çıxmağa məcbur edilmiş azərbaycanlılardan gedir.

"Kim bizda yaşamaq istəyir, bu evləri bizdən ala bilər”,- deyə özünü mer kimi təqdim edən işğalçı Artsevik Sarkisyan bildirib. 

Artsevik Sarkisyan həm də jurnalistlərə bildirib ki, Şuşanın əhalisi ildən-ilə artır. Amma nədənsə heç bir rəqəm səsləndirməyib. 

O, həm də lovğalanıb ki, Şuşanın 25 illik işğalı dövründə şəhərdə böyük işlər görülüb. Amma mətbuat təmsilçilərinin konkret nə işlər görülməsi barədə verdiyi suala cavab verməkdən imtina edib. Sadəcə onu bildirib ki, o, Şuşanın ənənəvi və müasir şəhər olmasını arzulayır.

Bizdə Şuşanın gerçək vəziyyəti barədə başqa məlumatlar var. Burada Suriyadan və Livandan gələn erməni ailələri yerləşdirmək niyyəti uğur gətirməyib. Onlar bu təhlükəli rayonu tələm-tələsik tərk edərək geri qayıdıblar.

Şüşanın, ümumiyyətlə bütün Qarabağın erməni gəncləri çalışırlar ki, birdəfəlik Qərbə olmasa da, Rusiyaya gedə bilsinlər. Hamı anlayır ki, tezliklə bu sərin dağ bölgəsində qızmar, hətta qaynar günlər başlayacaq. 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az