Ermənilər Azərbaycan hərbçisini vurub?

Ermənilər Azərbaycan hərbçisini vurub?

Müdafiə Nazirliyindən açıqlama - "özlərini "qəhrəman” kimi göstərmək istəyir"

"Ermənistan sosial səbəkələrində yalan və dezinformasiya xarakterli məlumat paylaşılıb. Bildiririk ki, Ermənistan tərəfinin iddia etdiyi vəzifədə Natiq Qurbanov soyadlı hərbi qulluqçumuz ümumiyyətlə xidmət etmir". Miq.Az-ın məlumatına görə, bu açıqlamanı Müdafiə Nazirliyi verib. 

Nazirliyin açıqlamasında qeyd edilir ki, düşmən təbliğat maşınının belə ucuz dezinformasiya xarakterli xəbərlərdən istifadə etməsi suda boğulanın saman çöpündən imdad ummasına bənzəyir. "Uğursuz cəhdlər edən düşmən tərəfi özünü kağız üzərində və virtual məkanda "qəhrəman” kimi göstərmək istəyir.

Xatırladaq ki, 16-17 iyun tarixlərində Ermənistan silahlı qüvvələri 6 hərbi qulluqçusunu itirib. Düşmən çoxsaylı yaralıları isə məcbur qalaraq hər gün bir adla ortalığa çıxarmaqla daxili auditoriyanı sakitləşdirməyə cəhd edir”, -deyə Müdafiə Nazirliyindən bildiriblər.

Ermənilər Natiq Qurbanov adlı Azərbaycan hərbçisini vurmaları barədə sosial şəbəkələrdə məlumat yayıblar. 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az