Ermənilər Azıx mağarasının altını üstünə çevirirlər
Xəbər verdiyimiz kimi, Azərbaycanın işğal altındakı
Xocavənd rayonu ərazisində yerləşən Azıx mağarasında rəsmi Bakının
icazəsi olmadan qanunsuz arxeoloji qazıntı işləri davam etdirilir.
Ermənilərə məxsus sosial şəbəkələrdə Azıx
mağarasında aparılan qanunsuz ekspedisiya işlərini özündə əks etdirən ən
yeni fotolar yerləşdirilib. Bu fotolardan məlum olur ki, əraziyə dəvət
etdiyi beynəlxalq arxeoloqlar qrupunun köməyilə Azıx mağarasının altını
üstünə çevirən Ermənistan rəhbərliyi növbəti fitnəkar əməllərə imza
atmaqdadır.
Hazırda Azıx mağarasında qazıntı ilərini davam
etdirən beynəlxalq arexeoloqlar qrupuna Ermənistan, İngiltərə, İrlandiya
və İspaniya alimləri daxildir. Beynəlxalq tədqiqatçılar qrupuna
İspaniyanın Madrid şəhərində yerləşən Təbiət Elmləri Milli Muzeyinin
əməkdaşı Yolanda Fernandez-Jalvovə Ermənistan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunun əməkdaşı Levon Yepiskopyan başçılığı edirlər.
Verilən məlumatlardan belə məlum olur ki, ermənilər Azıx mağarasındakı
ekspedisiya işlərinə təkcə əcnəbi ailmləri cəlb etməyiblər, bura həm də
xarici elm ocaqlarında təhsil alan aspirantlar, dissertantlar və eyni
zamanda jurnalistlər dəvət olunublar.
Ekspedisiya qrupu Azıx
mağarasındakı son qazıntılar nəticəsində dünya elminə gərəkli olan çoxlu
qiymətli materiallar aşkar edib. Şübhəsiz ki, bu tapıntılar dünyaya
erməni maddi tarixi-mədəniyyət nümunələri kimi təqdim ediləcək.
İşğal altındakı Fizuli şəhərindən 16 km aralıda yerləşən, Qururçay
sahilindəki məşhur
Azıx mağarası ibtidai insanların yaşayışını,
məişətini və dünyagörüşünü tədqiq etmək baxımından həmişə alimlər üçün
böyük maraq kəsb edib.
Hazırda Qarabğdakı separatçı rejimin
nəzarəti altında olan Azıx mağarasında qanunsuz tədqiqat işləri 1999-cu
ildən başlayaraq bu günümüzdə də davam etdirilir.
300-350 min il
bundan əvvl yaşamış insanların izləri, alətləri və qədim heyvanların
aşkar olunmuş sümükləri ekspedisiyanın sonunda Ermənistan və Qərb
ölkələrinin muzeylərinə göndərilir.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Modern.az