Ermənilər geri çəkildi: Atəş dayandırılır
Ermənilər daha bir addım geri çəkildilər.
Miq.az Axar.az-a istinadən xəbər verir ki, qondarma rejimin "müdafiə nazirliyi” atəşin dayandırılması haqqında qərar qəbul edib.
"Sputnik Ermənistan” isə özünün etibarlı mənbələrinə istinadən tərəflərin ikitərəfli atəşi dayandırması üçün razılaşmaya hazırlaşdıqlarını bildirib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan rəhbərliyinin öz səhvlərini başa düşüb, danışıqlar masası arxasında özünü səmimi aparacağı təqdirdə məsələnin sülh yolu ilə həllinə imkanlar yaranacağını bildirib.
Miq.az