Ermənilər iki Milli Qəhrəmanımızın beynəlxalq axtarışa verilməsini tələb etdi...-AZĞINLIQ...

Ermənilər iki Milli Qəhrəmanımızın beynəlxalq axtarışa verilməsini tələb etdi...-AZĞINLIQ...

"Azğınlaşmış işğalçıları yalnız Milli Ordumuzun layiqli cavabı susdura bilər..."

Azərbaycan Respublikası Baş Prokurorluğu Ermənistanın 2 zabitini beynəlxalq axtarışa verdikdən sonra işğalçı ölkənin siyasi dairələri ölkəmizə qarşı müxtəlif hədyanlar yağdırmaqda davam edir. 

Miq.Az xəbər verir ki, erməni saytlarının yaydığı məlumata  görə, "Qolos Armeniyi” nəşrində Marina Qriqoryan adlı şərhçisi öz məqaləsində  erməni "ictimaiyyəti”nin bəzi üzdəniraq qondarma arzularını çatdırıb.
 

Azərbaycan tərəfinin haqlı beynəlxalq axtarış elanına cavab olaraq düşmənlərimiz  iki Milli Qəhrəmanımızı və Aprel döyüşlərinin iştirakçısı olan 3 xüsusi təyinatlısının "İnterpol” vasitəsilə axtarışa verilməsini tələb edirlər.

Düşmən tərəfin "axtar”dığı iki Milli Qəhrəmanımız 1992-ci ildə Tərtər rayonunun Marağa kəndinin azad olunmasında igidlik göstərmiş keçmiş "Qurtuluş” taborunun komandiri Şahin Tağıyev və Aprel döyüşlərində fəal iştirak etmiş general-leytenantlarımızdan biridir. Hazırda hərbi xidmətlərini davam etdirdiklərinə görə general və 3 xüsusi təyinatlımızın adını çəkmirik...

P.S... Azğınlaşmış işğalçıları yalnız Milli Ordumuzun layiqli cavabı susdura bilər...(moderator.az)

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az