Ermənilərə növbəti şok – Sosial şəbəkədə yayılan foto müzakirə yaratdı
Zəngəzurda Gorus-Qafan avtomobil yolunda yeni lövhə quraşdırılıb.
Miq.Az xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumat yayılıb.
Lövhənin Azərbaycan tərəfindən quraşdırıldığı bildirilib.
"Diqqət! Siz Azərbaycan Respublikasının ərazisinə daxil olursunuz”, - lövhədə qeyd edilib.
Xəbərdarlığın Azərbaycanla yanaşı, rus və ingilis dillərində qeyd edildiyi vurğulanıb.
Lövhə sosial şəbəkələrin erməni seqmentində müzakirə mövzusuna çevrilib, şok effekti yaradıb.(teleqraf.com)
Miq.Az