Ermənilərin Xankəndində dəfn etdiyi ŞƏHİDİMİZ
Müəllifdən: Bir millət olaraq, bir xalq olaraq son 25-30 ildə Qarabağ müharibəsində olsa-olsa bir və ya bir neçə kilometr irəliləmişik. Ancaq bir FƏRD olaraq Azərbaycan bayrağını Kəlbəcərin ortasındakı xaraba qalmış binanın damına sanca bilmişik, yüzlərlə erməni postundan keçib Qarabağı, işğal altında olan digər rayonlarımızı qarış-qarış gəzərək, hətta Qərbi Azərbaycana - Sisyana qədər gedib çıxmışıq, təkbaşına erməni qoşununun içərisinə girib onlarla əsgərini cəhənnəmə vasil etmişik... Bu FƏRDlərdən ən çox üçünün - şəhid Həsən Həsənovun, Dilqəm Əsgərovun və Şahbaz Quliyevin şəxsiyyəti, həyat yolu, xarakteri məni həmişə maraqlandırıb, özünə çəkib. Bu yazı da həmin maraqdan yarandı. Bir müəllim kimi düşünürəm ki, belə FƏRDLƏRİ gənc nəslə yaxından tanıtmalıyıq. Bəlkə, onda bir MİLLƏT olaraq torpaqlarımızı işğaldan azad edə bilərik. Bu gün Həsənin doğum günüdür. Yaşasa idi, 39 yaşını qeyd edərdi. Ancaq o, Vətənə fəda olmağı üstün tutdu. RUHU ŞAD OLSUN!!!
Cəbrayıldan KƏLBƏCƏRƏ GEDƏN YOL: Şəhid Həsən Həsənovun həyat yolu
(Bu gün şəhid Həsən Həsənovun doğum günüdür)
Bu yolun başlanğıcı 1978-cı idə qoyulmuşdu, aprelin 12-də - şəhid Həsən Fərman oğlu Həsənovun doğulduğu gündə. Onda hələ dünyanın düz vaxtı idi, mənfur qonşularımızla "canbirqəlbdə” yaşayırdıq, qoynumuzda bəslədiyimiz ilanın - ocağımızın başında yer verdiyimiz ermənilərin çirkin planlarından xəbərsiz idik.
Dünyadan xəbərsiz uşağın "avtomat”ı
Fotoda: Şəhidimiz Həsən Həsənov... 8 yaşında (ortada)
Cəbrayılın Mehdili kəndində bir uşaq böyüyürdü, təpədən dırnağa cəsarətlə, igidliklə, torpağına sonsuz sevgi, düşməninə qarşısıalınmaz nifrətlə yoğrulmuş bir uşaq.1988-ci ildən Qarabağdan ağır xəbərlər gəlməyə başladı, dalınca da Ermənistanı, Dağlıq Qarabağı tərk etməyə məcbur olmuş azərbaycanlıların köçü. Bütün bu eşitdikləri Həsənin uşaq qəlbində dərin izlər buraxır, onu 36 il sonra kedəcəyi YOLA hazırlayırdı. Atası deyir ki, eşitdikləri, televiziyada gördükləri haqda tez-tez suallar verir, hər şeyi öyrənməyə can atırdı. Bir dəfə qardaşı gəlib mənə dedi ki, Həsən özünə "silah” hazırlayıb. Yanıma çağırdım. Taxtanı yonub üstünə içərisinə avtomat gülləsi gedə bilən turba bağlamışdı, turbanın da ucunu nizə kimi itiləmişdi. "Bu, nədir?” – deyə soruşdum. "Avtomatdır, - dedi, bu da süngüsü. Heç olmasa, bir ermənini öldürməyə çatar!”.
Həsən doğma kəndində 7-ci sinfi bitirdi. Düşməni məhv etmək arzusu onu C.Naxçıvanski adına hərbi məktəbə gətirdi. O vaxtkı şagird yoldaşları deyir ki, Həsən Qarabağ ətrafında baş verən hadisələrlə tez-tez maraqlanır, bizə qəribə gələn qeyri-adi planlarından danışırdı. Getdikcə də düşmənin azğınlığı həddini aşır, Azərbaycan ətrafındakı qara buludlar qatılaşır, sıxlaşırdı.
Sağdan birinci Həsən Həsənov
Həsən Ali Hərbi Məktəbə daxil olur. Vəziyyət get-gedə fəlakət həddinə çatırdı. Valideynləri, qardaş və bacıları qaçqın şəhərciyindəki balaca bir çadırda yaşayırdılar. Anası Gilas xanım deyir ki, Həsən yanımıza gələndə vəziyyətimizi görürdü: çadırın içərisi uşaqların yıxılıb yatması üçün belə bəs eləmirdi, dolanışıq yox idi. ...Və Həsən heç kəsə səbəbini izah etmədən hərbi məktəbi buraxır.
Oturan kursantlardan ortadakı Həsən Həsənov
Sakit təbiətli olsa da, tərs idi; qarşısına bir məqsəd qoydusa, heç kəs ona mane ola bilməzdi. Türkiyəyə gedir, özünə biznes qurur, ailəyə də kömək edir. İki ildən sonra Azərbaycana gəlib evlənir və həyat yoldaşını da Türkiyəyə aparır. Orada iki qız övladı - Özləm və Ləman dünyaya gəlir. Maddi cəhətdən hər şeyi var idi – evi, biznesi, türkiyəli ortaqları və çoxlu dostları. Türkiyədə qalıb ürəyi istədiyi kimi yaşaya bilərdi... Ancaq Qarabağ torpağı, əldən gedən rayonlar, düşmən tapdağında olan yerlər, qaçqın, didərgin düşən həmyerliləri onu daxilən, mənən rahat buraxmırdı.
Və qayıtdı
Özünün ad günündə
Tez-tez təmas xəttindən keçib ermənilərin atəşi altında olan kəndlərinə - Mehdiliyə gedir, oradan Maralyana adlayırdı. Heç nədən qorxmurdu, daldalanmırdı. Elə bil düşmənə demək istəyirdi ki, bura mənim doğma yurdumdur, istəyəndə gəlib-gedə bilərəm. Həsənin sosial şəbəkələrdəki yazılarını oxumuşam, şadlıq məclislərindəki çıxışlarına qulaq asmışam. "Vətən”, "Qarabağ”, " Ana torpaq” sözləri dilindən düşmür. Elə bil təkbaşına hamını səfərbər etmək istəyir.
İki qız övladını da özü ruhda böyüdür, onlara Vətənə məhəbbət haqqında əhvalatlar danışır, qızları ilə tez-tez Şəhidlər xiyabanına gedirdi. Anası deyir: "Bir dəfə məni də aparmışdı. Zarafata salıb dedi ki, bax, ana, bir gün mən də bunlar kimi şəhid olsam, ağlama ha. Tutulduğumu görüb, güldü, boynumu qucaqlayıb könlümü aldı”.
Həsən: "Mənim üçün birinci Vətəndir!”
Bəli, Həsən addım-addım ŞƏHİDLİYİN zirvəsinə ucalırdı.Yaxından tanıyanların hamısı ona "Vətən aşiqi” deyirdi. Bu aşiqlik ilahi aşiqlik idi, haqdan gəlirdi. İçində dəlicəsinə baş qaldırmış bu sevgi bütün sevgilərin, bütün eşqlərin fövqündə idi, Allaha, Tanrıya olan sevgi qədər uca, izaholunmaz və ülvi idi.
Sosial şəbəkədə dostlarından birinin şəkilaltı yazısını olduğu kimi köçürürəm: "Bu gün Həsənimizin ( Hasan Hasanov) yaxın dostlarından biri İsmayıl qaqamla (Ismayil Abbasquluyev) bir yerdə olduq. Bu şəkli isə Həsən Kəlbəcərə getməmişdən 1 ay öncə İsmayılla çəkdirmişdi.Yeyib-içərkən ilk öncə ana sağlığına badə qaldıranda Həsən: "Mənim üçün birinci Vətəndir, mən Vətənimin şərəfinə içirəm" demişdir...(((”.
Dostlarına, yoldaşlarına tez-tez deyirdi: "İşğal olunmuş torpaqlara gedəcəyəm, bu başdan vurub, o başdan çıxacağam. Orada məskunlaşan ermənilərdə xof yaradacağam, gözlərinə yuxunu haram edəcəyəm. O torpaqlar, oralarda dəfn olunan ata-babalarımızın ruhu məni çağırır. Qoy düşmən də görsün ki, heç nədən qorxmuruq, atəşkəs müqaviləsi əl-qolumuzu bağlasa da, biz düşmənə gücümüzü, cəsarətimizi göstərməliyik”.
Dilqəm Əsgərovla (sağda) Bakıda
Çoxları Həsənin bu sözlərinə gənclikdən doğan romantik hislər kimi baxır, inanmırdılar. Qardaşı Nail Həsən sosial şəbəkədə yazır: "Düz 1 il öncə Həsənlə bir yerdə toyda idik... Üstüörtülü Dilqəmlə Şahbazın Kəlbəcərə getməyini mənə sızdıranda, "nə badə birdən sən də gedərsən, ha” dedim... "Yox,Türkiyəyə getməsəydim, gedərdim onlarla” dedi... (((((Offff....Həsən....((((".
Vilson (ingilis səyahətçi): "Ermənilər acgöz və tamahkardır”
Mənə elə gəlir ki, bu "Vətən aşiqi”nin profilindəkilər gənclərimizin düşmənə nifrət, Vətən təəssübkeşliyi ruhunda tərbiyəsi üçün cild-cild kitablara dəyər. Ermənilər haqqında öz sözləri ilə bərabər, dahilərin, məşhur tarixi şəxsiyyətlərin fikirlərini də dostlarına çatdırır:
A.S.Puşkin (dahi rus şairi): "Sən köləsən, sən qorxaqsan, çünki sən ermənisən”.
Aleksandr Düma (fransız yazıçısı və səyyah): "Ermənilər həmişə başqa dinə qulluq edən hökmdarların hakimiyyəti altında olmuşlar. Nəticədə öz fikir və duyğularını gizli saxlayan, hiyləgər və kələkbaz adamlara çevrilmişlər”.
Qraf De Şole (Fransız səyyahı): "Ermənilərin yoxsulluq və əzab-əziyyət çəkməsi məndə onlara qarşı böyük rəhm oyatmasına baxmayaraq, onların haramzadalığı, kələkbazlığı o dərəcədə biabırçı, o qədər hiddətləndirici idi ki, mən heç vaxt onlara bağlana bilməzdim”.
Adam Mets (İsveç səyyahı): "Dərisi ağ qulların pisi ermənilərdir. Abır-həyaları yoxdur, oğurluqları olduqca məşhurdur. Onlar yalnız dəyənək və qorxu altında yaxşı işləyirlər”.
Qobusnamə: "Ermənilərin eybi: bədfel, kündə bədən, oğru, gözügötürməyən, bir ayağı qaçmaqda olan, əmrə baxmayan, yersiz hay-küy salan, vəfasız, riyakar, söyüşsöyən, ürəyi xıltlı, ağasına düşmənçilikdir”.
Olqa Smurova (yazıçı): "Əgər yuxuda erməni görübsünüzsə, çox ehtiyatlı olun, bilin ki, sizi aldadacaqlar və yaxud, sizə xəyanət edəcəklər”.
Sədi Şirazi (məşhur fars şairi): "Erməni yer üzünün ilanı, insanlığın düşmənidir”.
Vilson (ingilis səyahətçi): "Ermənilər acgöz və tamahkardır. Onlar istənilən bir cəfəngiyatı böyütmək üzrə abırsız dərəcədə mahirdirlər və yalnız bunları özlərindən başqalarına edirlər”.
Və nəhayət, o gün gəlib çatır.
Həsən:"Əgər bir gün bu yolda həlak olsam...”
Həsən Həsənovun atası Fərman kişi
Dostları Dilqəm Əsgərov və Şahbaz Quliyevlə qərara gəlirlər ki, təmas xəttindən adlayaraq, ermənilərin burnunun ucundan – yaşadıqları kəndlərdən, qəsəbələrdən keçməklə Kəlbəcərə qədər getsinlər, doğmalarının qəbirlərini ziyarət etsinlər, həm də dağıdılmış qəbirləri, xaraba qalmış kəndləri çəksinlər. Bir sözlə, özlərini dünyaya məzlum, yazıq millət kimi tanıdan azğın düşmənin iç üzünü dünyaya göstərsinlər, Azərbaycanın bayrağını Kəlbəcərə sancsınlar. (https://www.youtube.com/watch?v=4rx8Os57GA0;
https://www.youtube.com/watch?v=STHMWdBcGpE;https://www.youtube.com/watch?v=S-xcqlI5HfY)
Bu üç dost getdikləri yolun şərəfli olduğunu dərk edirdilər. Bəs nə qədər təhlükəli, gedər-gəlməz olduğunu da bilirdilərmi? Bu suala hələlik Həsənin səfər öncəsi bəzi hərəkətlərinə əsasən cavab verək.Yola düşməzdən bir az əvvəl ailəsini aparıb İmişlidə yaşayan qayınatasıgildə qoyur. Yoldaşına "Türkiyəyə gedirəm” desə də, sözarası tapşırır ki, filankəslərdə filan qədər borcum var, alarsan. Yoldaşının bu sözdən narahat olduğunu görən Həsən əlavə edir: "Uzaq yoldur da, maşını var, qəzası var, hər şey ola bilər, elə-belə ehtiyat üçün deyirəm”.
Avtomobildən tapılan Qənirə Paşayevaya yazılmış məktub
Kəlbəcərə yola düşməzdən bir qədər MM-in deputatı Qənirə Paşayevaya yazdığı məktub
Ata-anası, doğmaları ilə görüşür, hamıya da "Türkiyəyə gedirəm” – deyir. Milli Məclisin deputatı Qənirə Paşayevaya yarım səhifəlik məktub yazır. Ancaq məktubu nədənsə ünvana göndərmir. Bəlkə də, fikirləşir ki, ailə üzvləri, valideynləri duyuq düşüb, şəhidlik zirvəsinə gedən yolunu bağlaya bilərlər. Məktub xeyli sonra Həsənin şəxsi maşınından tapılır, onda artıq Həsən həyatda yox idi.Qaralama şəklində olan məktubdan bəzi sətirləri qeyd edirəm: "Əsrlər boyunca millətimin başına gətirilənlər məni utandırır. Mən artıq dözə bilmirəm. Bizim ana-bacılarımızın başına gətirilən işgəncələri artıq həzm edə bilmirəm. Əgər bir gün bu yolda həlak olsam, ailəmə dəstək olmanızı xahiş edirəm”. Yola düşəndən bir gün əvvəl sosial şəbəkədə Nəsiminin "Ayrılıq” qəzəlini paylaşır:
Ey müsəlmanlar, mədəd, ol yar pünhan ayrılır,
Ağlamayım, neyləyim, çün gövdədən can ayrılır...
Ailəsindən, övladlarından, ata-anasından, doğmalarından ayrılmağına ağrısa da, əsirlikdə olan Vətənə - Qarabağa qovuşmaq istəyi daha güclü çıxır...
2014-cü il iyunun 19-da yola düşürlər.
Gedirsən, tez qayıt gəl
Gözü yolda qalan var...
Gedəndən bir gün əvvəl qardaşı Rüfətlə telefonda danışır, onunla görüşmək istədiyini bildirir. Görüşürlər. Ordan-burdan söhbət etdikdən sonra qardaşına sabah Qarabağa yola düşəcəklərini, iyirmi günə qayıdacaqlarını deyir. Rüfət nə qədər "Getmə” deyib təkid etsə də, xeyri olmur. Əvvəlcədən bu xəbəri heç kimə deməyəcəyinə söz verib and içdiyi üçün boğula-boğula qalır, susmağa məcbur olur. Dözməyib vaxtı öldürmək üçün Türkiyəyə gedir.
Amma elə üç gün sonra Həsənin həyat yoldaşı şübhələnir, bu gedişin elə-belə gediş olmadığını bilir. Çünki Həsən ütülənib səliqə ilə qoyulmuş paltarlarına toxunmamış, nimdaş paltarlarını və həyət-bacada istifadə etdiyi krasovkasını götürmüşdü. Gəlin qaynı Nailə zəng edib şübhələrini deyir. Nail indi başa düşür ki, getməzdən bir-iki gün əvvəl toyda qardaşının ona Qarabağ haqqında çoxlu suallar verməsi səbəbsiz deyilmiş. Türkiyədən qayıdan Rüfət qardaşından heç bir xəbər-ətər olmadığını və evdəkilərin də şübhələndiyini bilib sirri açmalı olur. Nail deyir ki, gecə-gündüz internetdə erməni saytlarını izləməyə başladım və
...iyul ayının 8-də erməni mənbələrində Şahbazın tutulma xəbəri yayıldı.
İyulun 12-də isə erməni saytları xəbər verdilər ki, azərbaycanlılardan ibarət "təxribat (?!) qrupunun” bir üzvü iyunun 11-də axşamüstü zərərsizləşdirlib və Həsən Həsənovun videodan seçilmiş stopkadrı göstərilir(https://www.youtube.com/watch?v=9s5VbnVO1KI).Ermənilər rəsmi şəkildə bildirirlər ki, atışma nəticəsində Həsən Həsənov erməni hərbi hissə komandirinin müavini mayor Sarkiz Abramyanı, onun sürücüsünü öldürmüş, arvadını yaralamışdır. Beləliklə, həm də etiraf edirdilər ki, Həsən təkbaşına erməni hərbi birləşmələrinə qarşı döyüşmüş və onları ağır itkiyə məruz qoymuşdur. İyulun 14-də ermənilər Dilqəmin tutulub gətirilməsini nümayiş etdirirlər. Ailə yenə də Həsəndən ümidini üzmür: bəlkə, sağdır, bəlkə, ermənilər qəsdən belə məlumatlar verirlər...Qırmızı Xaç Həsənin əlamətlərini – boyunu, çəkisini, qan qrupunu və s. istəyir. Ayın 21-də Cəmiyyət meyitiniki başvə bir kürək nahiyəsini əks etdirən üç fotosunu ailəyə çatdırır (https://www.youtube.com/watch?v=90omld4qx).
Bu, Həsənin cəsədinin fotosu idi...
Mən bu yazını hazırlayarkən Dilqəmlə Şahbazın qondarma məhkəmə prosesini əks etirən video mənbələri, xəbər saytlarını nəzərdən keçirdim, bir neçə dəfə ailə üzvləri ilə - Həsənin valideynləri, qardaşları ilə görüşdüm. Özüm üçün müəyyənləşdirdim ki, bu üç fədainin ələ keçməsi prosesi təxminən belə olub: ermənilər yaşayan, amma vaxtilə azərbaycanlılara məxsus kəndlərdən birindən çıxanda 18-20 yaşında bir oğlan onları görür. Uşağın duyuq düşdüyünü və onları satacağını yəqin etdiklərindən onu girov götürürlər (https://www.youtube.com/watch?v=jtWq9ESCeN0).Bir neçə gün özləri ilə gəzdirdikdən sonra uşağı buraxmağa məcbur olurlar (https://www.youtube.com/watch?v=TM8I9HT4K7A).Ermənilər uşağın meyitini tapırlar.(Dilqəm və Şahbaz məhkəmədə uşağın öldürülməsindən xəbərsiz olduqlarını deyirlər.Ancaq ermənilər bu cinayəti Dilqəmin həyata keçirdiyini "sübut edib”, ona ömürlük həbs cəzası kəsirlər).
Düşmən bütün hərbi gücünü ortaya qoyur; əraziyə qoşun yeridilir, göyə hərbi vertolyotlar qaldırılır
Solda Həsənin anası Gilas xanım, böyük qardaşı Rəcəb Həsənov, Akif Məmmədov, atası Fərman kişi
Bir neçə gündən sonra dostlar təhlükənin sovuşduğunu zənn edib Şahbazı evlərdən birinə qənd və çay almağa göndərirlər, Dilqəmlə Həsən isə uzaqdan onu müşahidə edirlər. Şahbaz qapıya çıxan erməniyə: "Gürcüstan vətəndaşıyam, azmışam”, - deyir və bir qədər qənd-çay istəyir. Əslində ermənilər bərk qorxuya düşmüş, hamıya təhlükəli "diversantlar” barədə xəbər vermiş, hər tərəfdə pusqu qurmuşdular. Evin sahibi Şahbaza bir qədər gözləməyi tapşırır və içəri keçib müvafiq orqanlara zəng edir.İki nəfər mülki geyimli şəxs gəlib Şahbazı tutur. Bunu görən Dilqəm Daşkəsən, Həsən isə Ermənistan tərəfə hərəkət edərək izi azdırmağa çalışırlar.Ancaq düşmənəraziyə qoşun yeridilir, göyə hərbi vertolyotlar qaldırılır.Həsən qarşısına çıxan "Niva” markalı maşındakı hərbi hissə komandirinin müavinini və onun sürücüsünü öldürərərək maşını ələ keçirir, hadisə yerindən uzaqlaşmağa cəhd edir.Ancaq mümkün olmur.Onu hər tərəfdən atəşə tuturlar.Həsən özünə mövqe seçir və düşmənə müqavimət göstərir.Erməni xəbər mənbələrinə görə, qarşılıqlı atışma nəticəsində Həsən öldürülür. Ancaq Həsənin qardaşı Nail deyir: "Güllələrdən biri qardaşımın gicgahından dəymişdi. Hiss olunurdu ki, atəş lap yaxından açılıb. Əgər uzaqdan açılsa idi, beyni, başı dağılardı.Həm də güllənin daxil olduğu yerin ətraflarında yanıq yerləri var idi.Bu da silahın lüləsinindən çıxan qığılcımın izləri idi”.
Görünür, Həsən düşmənin əlinə diri keçməkdən özünü öldürməyi daha üstün tutmuşdu...
Həsəni Xankəndində dəfn edirlər ("Ey mənə dərd artıran, səndə ədalət hanı bəs?!..”)
Bundan sonra şəhidimizin meyitinin qaytarılması üçün Prezident səviyyəsində işlər görülür.Ancaq ermənilər bütün beynəlxalq normalara məhəl qoymadan meyiti qaytarmaqdan imtina edir və iyulun 26-da Həsəni Xankəndində dəfn edirlər.Bəhanələri də bu olur ki, guya Azərbaycan tərəfinin Həsən Həsənov haqqında verdikləri məlumatlar onları qane eləmir və meyiti çox saxlamaq mümkün deyil.Dərdin üstünə daha bir dərd gəlir; Xankəndi Azərbaycan torpağı olsa da, meyit müsəlman qaydası ilə dəfn olunmamışdı və bunu əzəli və əbədi düşmənlərimiz olan ermənilər icra etmişdilər.
Oktyabrın əvvəllərində gözlənilmədən ermənilər bəyan edirlər ki, meyiti qeyd-şərtsiz təhvil verməyə hazırdırlar.Beləliklə, mərhumun cəsədi oktyabrın 2-də Azərbaycan tərəfə təhvil verilir.Ailə üzvlərindən Nail Həsənovun iştirakı ilə cəsədə baxış keçirilir və onun Həsənə məxsusluğu təsdiqlənir.Şəhid Həsən Həsənov oktyabrın 4-də Binəqədi qəbiristanlığında torpağa tapşırılır (https://www.youtube.com/watch?v=TsntxG8CFe8).
Sözardı: Həsənin anası Gilas xanım hələ də ümidini üzmür: "İndi o idi, o deyildi, hər halda meyit gəldi, gözümüz yollardan yığışdı. Allah onların da (Dilqəmlə Şahbazı nəzərdə tutur) yolunu açsın.Qoy gəlsinlər, bir əməlli-başlı desinlər. Bəlkə, ondan sonra gözüm yollardan yığışa...”
Həsən Həsənovun anası Gilas xanım
Cəbrayılın Mehdilisindən Kəlbəcərə gedən yol belə qət edildi.Bu yol şəhidlik zirvəsinə aparan yol idi. Həsən arzusuna çatmışdı: həmişə can atdığı, görmək istədiyi Qarabağ torpağına getmiş və orada şəhid olmuşdu. Üç Azərbaycan oğlunun tarixə yazılacaq bu cəsarəti, bu igidliyi hələ uzun müddət düşmənləri xofa, qorxuya salacaq, gənclərimiz üçünsə bir məktəb, bir nümunə olacaq (https://www.youtube.com/watch?v=9_2hTyrusxw).
Həsən Həsənov qızları ilə
Azərbaycan xalqı öz qəhrəmanını son mənzilə yola salır
Akif MƏMMƏDOV
Miq.Az