Ermənistan çökür
Ermənistan Mərkəzi Bankının avqustun 26-da maliyyə bazarına etdiyi valyuta müdaxiləsi tarixi rekord sayılıb.
Vətəninfo.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın "Aykakan jamanak” qəzrti məlumat yayıb. Dramın ölməsinin qarşısını almaq üçün Mərkəzi Bankın öz ehtiyat fondundan 50 milyon dollar satması Ermənistan tarixində görünməmiş göstərici hesab olunur.
Bu gün bank dolların məzənnəsini 485.49 dram edib.
Qəzet bildirir ki, Mərkəzi Bankın belə bir həcmdə müdaxiləyə getməsi siyasi qərar daşıyır və məqsəd dramın stabilliyini qoruyub saxlamaqdır. "Belə bir irihəcmli müdaxiləni başqa cür izah etmək olmaz”, - qəzet yazıb.
Avqustun 22-də Ermənistan birjasında 1 dollar 477.70 dram idi və hazırda dram sürətlə ucuzlaşır. Ermənistan Mərkəzi Bankı sürətli ucuzlaşmanın qarşısını almaq üçün başqa yol tapa bilməyib.
Qeyd edək ki, Ermənistanın milli valyuta ehtiyatlarını və xarici borclarını nəzərə alsaq, 50 milyon dollar bu ölkə üçün fantastik məbləğ hesab olunur.