Ermənistan "həyəcan siqnalı" verdi - "Zəngəzurda azərbaycanlı hərbçilərin yolu bağlaması"...

Ermənistan

Zəngəzurda azərbaycanlı hərbçilərin yolu bağlaması nəticəsində kənd əhalisi üçün ərzaq və tibbi xidmətlərin göstərilməsində ciddi məhdudiyyətlər yaranıb.

Miq.Az xəbər verir ki, bu barədə Ermənistanın insan hüquqları müdafiəçisi ofisinin yaydığı bəyanatda qeyd olunub. 

Xüsusilə, Şurnux, Vorotan, eləcə də Bardzravan və Qafan kəndlərinin hər iki hissədən blokadada saxlanılması nəticəsində, sözügedən ərazilərin Ermənistanın digər icmaları ilə əlaqəsi əhəmiyyətli dərəcədə məhdudlaşıb. 

Bildirilib ki, hazırda həmin ərazilərə Azərbaycan əsgərləri nəzərat edir və giriş-çıxışı hələ də məhdudlaşdırılmış şəkildə saxlayır. 

Qeyd edək ki, bu barədə Ermənistanın Ombudsman aparatı "həyəcan siqnalı" verib.  

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az