Ermənistan "İsgəndərM" raketlərini Qarabağda yerləşdirib?-Politoloq

Ermənistan

"Ermənistanda daxili siyasi vəziyyət gərginləşdikcə, cəbhədə işğalçıların təxribatları artır. Azərbaycan düşmənin bütün adekvat cavabını verərək, Ermənistanda ciddi  panikaya səbəb olur. Çünki, düşmənə vurulan dəqiq zərbələr, Azərbaycanın yüksək texnoloji silahlara malik olmasını sübut edir.  Artıq, Ermənistan rəhbərliyi o qədər qorxu içərsindədir ki, sərhəd və cəbhə bölgəsinə yaxın yaşayan əhaliyə silah paylayır. Bu onu göstərir ki, Ermənistan Azərbaycanın artan hərbi təzyiqlərindən narahatdır."

Bu açıqlamanı Miq.Az- a politoloq Məhəmməd Əsəsdullazadə bildirib.

"Qeyd edim ki, Ermənistan "İsgəndərM" raket kompleksini Qarabağda yerləşdirib. Məhz Erməni rəhbərliyi, bu addımı atmaqla Azərbaycanı aktiv hücumlarıdan  çəkindirici amil kimi istifadə edir. İşğalçı qüvvələr əmindilər ki, yeni toqquşma Azərbaycanın tam əzici üstünlüyü ilə davam edəcək. "İsgəndər-M" raket komplekslərinin Qarabağda yerləşməsi ilə bağlı olaraq,  Azərbaycan bununla bağlı Rusiyadan izahat tələb etməlidir.  Çünki, Rusiyanın Ermənistana verdiyi  belə bir silahların işğal olunmuş ərazilərdə yerləşdirilməsi yolverilməzdir. Hazırda, bu raket kompleksinin idarə etmə pultu rus hərbiçilərindədi. Bu, o deməkdir ki, bu raket kompleksini idarə etmək üçün Rusiyanın 102-ci bazasının hərbiçiləri Azərbaycan ərazisində mövqelənib. Bundan əlavə, Qarabağda Ermənistanın diversiya və kəşfiyyat bölüklərini Rusiya hərbiçiləri hazırlayaraq, bölmələrimizin üzərinə təxribata göndərir."-deyə politoloq açıqlamasında bildirdi.

"Bir neçə aydır ki, cəbhə xəttində atəşkəs mütəmadi olaraq pozulur.  Hesab edirəm ki, atəşkəsin qorunub saxlanması, Ermənistanın maraqlarına cavab verir. Azərbaycan ordusu işğalçı qüvvələrin ön xəttə möhkəmlənməsinə imkan verməməlidir.  Artıq, danışıqların perspektivləri tükənib.  Rusiyada çalışır ki, cəbhədə nisbi sakitliyi bərpa etmək üçün yenidə, Moskvada danışıqlar prosesinə strat versin. Üç gündür ki, Ermənistan XİN rəhbəri Eduard Nalbadyan Moskva səfərindədir. Və, bu səfərdə məqsəd Qarabağ münaqişəsinin müzakirə olunması, ardınca Azərbaycanın XİN rəhbərinin dəvət olunması,  Rusiyanın növbəti şousudur. Rusiya öz qonşularında münaqişələri alovlandırmaq və status-kvonu saxlamaqla regionun  Qərbə inteqrasiya siyasətinin qarşısını almağa hesablayıb. Xüsusilə Azərbaycan Rusiyanın Moskva görüşündən nikbin olmadığı üçün müzakirələrdə həvəsli deyil. Demək olar ki, Moskva danışıqları imitasiya xarakteridir. Rusiyanın təklifləri paket həlldi və öz "sülhməramlı" qüvvələrini Qarabağda yerləşdirməkdən ibarətdir."

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az