Ermənistan itkin düşən hərbçilərini İranda axtarır

Ermənistan itkin düşən hərbçilərini İranda axtarır

Ermənistanın Müdafiə Nazirliyi İran İslam Respublikası ərazisində olan hərbçilərinin sayını bilmir.

Miq.Az "Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan bildirib.

Məlumata görə, Azərbaycanın əvvəllər işğal altında olan ərazilərində Ermənistan ordusunun hərbçiləri və əsgərləri xidmət edib. 44 günlük döyüşlərdə onların bir qismi itkin düşüb. Həmin əsgərlərin valideynləri övladlarının İran ərazisinə keçdiyini ehtimal edirlər.

Nazirliyin nümayəndəsi bildirib ki, məsələnin araşdırılması üçün İrana müraciət ediblər. Ancaq İslam Respublikası ərazisinə erməni hərbçilərinin keçməsi barədə yayılan məlumatları təsdiqləməyib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az