Ermənistan müxalifəti İrəvanın mərkəzində mitinq keçirir

Ermənistan müxalifəti İrəvanın mərkəzində mitinq keçirir

Ermənistan paytaxtı İrəvanda mərkəzindəki Respublika meydanında müxalifət mitinq keçirir.

APA-nın "news.am"a verdiyi xəbərə görə, mitinqin "Mənim addımım” təşəbbüs qrupu tərəfindən təşkil edilib.

Qeyd edək ki, Serj Sarkisyanın baş nazir təyinatına etiraz əlaməti olaraq keçirilən aksiya nəticəsində saxlanılanların sayı 91 nəfərə çatıb.

Aprelin 17-də parlamentdə keçirilən xüsusi iclasda Serj Sarkisyan baş nazir elan olunub. Konstitusiya dəyişikliyindən sonra Ermənistanda prezidentin səlahiyyətləri baş nazirə verilib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az