Ermənistan Silahlı Qüvvələrinin Dilqəm Əsgərov və Şahbaz Quliyevi Kəlbəcərdə girov götürməsindən bir il ötür

Ermənistan Silahlı Qüvvələrinin Dilqəm Əsgərov və Şahbaz Quliyevi Kəlbəcərdə girov götürməsindən bir il ötür
Azərbaycan ərazilərini işğal etmiş Erməni Silahlı Qüvvələrinin Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov götürməsinin bir ili tamam olur.
Vətəninfo.az APA-ya istinadla xəbər verir ki, ötən ilin iyulunda Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

 H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

 İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az