Ermənistanda azərbaycanlını qətlə yetirərək azadlıqdan ömürlük məhrum edilmiş şəxs azadlığa buraxılır.
APA-nın "Kavkazskiy uzel”ə istinadən verdiyi məlumata görə, Ermənistanın idarələrarası komissiyası Soqomon Köçəryanın səhhətində problemlər yaranması səbəbindən cəzasının qalan hissəsindən azad edilməsi barədə qərar qəbul edib. Yekun qərar məhkəmə iclasından sonra veriləcək.
Onun ağır ürək xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Qeyd edək ki, Dağlıq Qarabağ müharibəsinin iştirakçısı S. Köçəryan 1995-ci ildə İran vətəndaşı olan azərbaycanlını qətlə yetirdiyi üçün barəsində ölüm hökmü çıxarılıb. Lakin 1991-ci ildə Ermənistanda ölüm hökmünə moratorium tətbiq edilməsi və 2003-cü ildə bu cəzanın hüquq şəkildə ləğv edilməsi səbəbindən hökm ləğv edilib, cəza ömürlük həbslə əvəzlənib.
Əlavə edək ki, Ermənistanda ilk dəfədir, ömürlük həbsə məhkum edilmiş şəxs vaxtından əvvəl azadlığa buraxılır.
Vətəninfo.az
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?