Ermənistanda SƏFƏRBƏRLİK elan olunur? - Erməni deputat TƏKLİF VERDİ

Ermənistanda SƏFƏRBƏRLİK elan olunur? - Erməni deputat TƏKLİF VERDİ

"Əgər Ermənistanda səfərbərliyə ehtiyac varsa, o zaman bunu 44 günlük müharibə nümunəsi ilə yox, 30 nəfərdən ibarət dəstələr yaratmaqla həyata keçirmək lazımdır. Onların hər biri isə özünə dəbilqə və gülləkeçirməz jilet almalıdır”.

Miq.Az "Caliber" Teleqraf kanalına istinadən xəbər verir ki, bu barədə müxalifətçi deputat Tiqran Abramyan özünün sosial şəbəkə səhifəsində yazıb.

T.Abramyan qeyd edib ki, cəbhə xəttində vəziyyətin hələ dəyişmədiyini və həll yolu olmadığını nəzərə alsaq, gələcəkdə səfərbərliyə ehtiyac yarana bilər:

"Silahlı qüvvələrin səfərbərlik yolu ilə komplektləşdirilməsi lazımi qaydada, yəni şəxsi heyətin mütəmadi artırılması yolu ilə həyata keçirilməlidir. Mövcud mobil resursları dəstələr yaratmağa deyil, hərbi hissələrin və bölmələrin doldurulmasına yönəltmək lazımdır”.

Tiqran Abramyan bu cür səfərbərlik sxemini mövcud resurslar şəraitində bölmələrin əlaqələndirilməsinin və qarşıya qoyulan hərbi vəzifələrin həllinin ən səmərəli üsulu hesab edir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az