Ermənistanın atom elektrik stansiyasında qəza

Ermənistanın atom elektrik stansiyasında qəza

Bir neçə saat elektrik enerjisi Gürcüstanın hesabına təmin edilib

Ermənistanda atom elektrik stansiyasında qəza baş verib. İstiPress  "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan baş nazirinin müşaviri Şuşan Sardaryan deyib.

Onun sözlərin görə, yanvarın 21-də atom elektrik stansiyasının enerji təchizatı yüksəkgərginlikli elektrik ötürücü xəttində baş vermiş qəza nəticəsində dayandırılıb.

Sardaryan bildirib ki, qəza nəticəsində üçüncü enerji bloku operativ qaydada işə düşüb və elektrik enerjisini çatışmaması Gürcüstandan təmin edilib.

Baş nazir müşavirinin sözlərinə görə, axşam saatlarında qəza aradan qaldırılıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az