“Ermənistanın sərhədləri Rusiya üçün “qırmızı xəttdir” –Paşinyan
"Rusiya üçün Ermənistanın sərhədlərinin toxunulmazılığı "qırmızı xəttdir””.
Azpost.info bildirir ki, bu barədə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan İctimai televiziya çıxışında bildirib.
Paşinyanın sözlərinə görə, son 8 ayda o Putinlə çoxsaylı danışıqlarında Rusiyanın bu mövqeyinə əmin olub.
Sərhəddəki gərginliyə toxunan Paşinyan qeyd edib ki, bunun aradan qaldırılması üçün böyük iş aparılır: "Biz məsələnin dinc yolla həllini istəyirik. Bunun üçün imkanlar da var”.
Paşinyanın fikrincə, ölkədəki siyasi vəziyyət bu gərginliyin yaranmasında rol oynayır.