Eşqin üzü...(Qənirə Paşayevanın çapdan çıxacaq yeni kitabından...)

Eşqin üzü...(Qənirə Paşayevanın çapdan çıxacaq yeni kitabından...)

EŞQin ÜZü...(Qənirə Paşayevanın çapdan çıxacaq yeni kitabından...)

Eşqin üzü...! Eşqin ən gözəl üzü yüzlərlə üzdə sadəcə bir üzü görməkdir! Eşqin xoşbəxtliyini yaşamaqdır (o xoşbəxtliyin ömrü uzun olmasa da...). Çünki dünyada heç bir şey insanı eşq qədər xoşbəxt etmir!

Eşqin ən həyacanlı üzü getdiyin hər yerdə milyonlarla insan içində sadəcə bir üzü aramaqdır!

Eşqin ən qəribə, ən riskli üzü milyonlarla üz içində sadəcə bir üzü sevməkdir!

Eşqin ən sıxıntılı üzü hər saat, hər dəqiqə, hər saniyə sadəcə bir üzü özləməkdir!

Eşqin ən təhlükəli üzü sevdiyin üzün sənə qarşı etdiyi hər ədalətsizliyə, haq¬sızlığa bir bəraət qazandıraraq ondan ayrıla bilməmək, bəzən hətta ən doğma¬la¬rına belə bağışlaya bilməyəcəyin xəyanəti o üzə bağışlamaqdır...

Eşqin ən dəhşətli üzü sevdiyin o üzü ayrıldıqdan sonra illər keçsə belə ömrünün sonuna qədər bir daha heç zaman unuda bilməməkdir..

Eşqin ən üzüntülü üzü o üzü nə zamanın, nə yaşadıqlarınızın, nə onun sizə yaşatdıqlarının unutdura bilməməsidir..

Eşqin ən ağrılı üzü qəlbini başqa birinə verməklə bir ömür yaşamaqdır...

Eşqin ən kədərli üzü sevdiyin insanın səsini eşitməyə dəli kimi ehtiyacın olduğu halda ona zəng edə bilməmək, dəli kimi görmək istədiyin halda görüşə bilməmək, bütün imkanların olsa belə... onu görməyə gedə bilməmən; ona söyləmək üçün sözlər qəlbini, dilini, dodaqlarını yandırdığı halda söyləyə bilməmək; bütün günü onu düşünsən də, o üzün bundan xəbərsiz olmasıdır...

Eşqin ən faciəli üzü ən çox sevdiyiniz o üzün yeni-yeni üzlərini görmək, bilmək, tanımaqdır. Bəzən də, “İlahi, bu gerçəkdən mənim dəlilər kimi aşiq olduğum, canımı bir dəqiqə belə düşünmədən qurban verməyə hazır olduğum üzdürmü? Bu mənim sevdiyim üz ola bilməz, mən belə bir üzü sevə biməz” deyə acı etiraflarda bulunmaq, amma yenə, yenə də onu sevmək(d)ə davm etməkdir... Çünki çox gec olur... – Çünki, sözüm sizə qəribə gəlməsin, o, bütün zəhərini əqrəb kimi içinizə elə... sevgi ilə doldurur ki, qurtuluşunuz olmur. O üz sizin sonunuz olur və siz eşqin gerçək üzünü heç kəsə anlada bilmədən həyatla vidalaşmağa başlaryırsınız...

Eşqin ən ilginc üzü insanın qəlbinə üzsüzcə, ona sormadan, xəbər vermədən gələn və onunla istədiyi kimi davranan, istədiyində onu ağladan, istədiyində onu ağrıdan, qürurunu sındıran, onu ağlına belə gətirməyəcəyi hallara salan, bəzən intihara sürükləyən, bəzən ölümə sürükləyən bu üzsüz qonağı heç şeyə baxmayaraq, bu qədər sevməsi və onsuz yaşaya bilməməsidir...

Onun adı eşqdir...!

O eşqin hər üzünü görmüşdü, yaşamışdı..

Eşq ona intihardan başqa çıxış yolu buraxmamışdı..

Onun adı...



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az