“Azərbaycan Turizm İnstitutu hazırda Eurovision Mahnı Müsabiqəsinin Azərbaycanın imicinə və iqtisadiyyatına təsiri mövzusunda tədqiqata başlayır”
Bu sözləri “Vətəninfo.az”a açıqlamasında İnstitutun Tədris işləri üzrə prorektoru Eldar Aslanov bildirib.
Onun sözlərinə görə, tədqiqat Azərbaycanda və Avropada aparılacaq:
“Hazırda yeni layihə hazırlanıb. Və layihədə Vyana Universitetinin ekspertleri də iştirak edəcək”.
Prorektor bildirib ki, belə müsabiqələrin yalnız iqtisadi təsirini hesablamaq düzgün deyil. Çünki, bu cür tədbirlərin pullla ölçülə biləcək sosial, siyasi, ictimai təsiri vardır. O, vurğulayıb ki, əgər biz ölkəmizi tanıtmaq üçün bir Avropa ölkəsində olan televiziyaya əsas vaxtda 1 saatlıq Azərbaycanı təbliğ edən filmi nümayiş etdirməyi təklif etsək, bunun üçün həmin TV bizdən milyonlar istəyəcək. Lakin bu müsabiqəni dünyanın ən populyar onlarla kanalı canlı efire verəcək:
“Ona görə də, tədbirin birbaşa iqtisadiyyata təsiri ile paralel, ölkənin təbliği üçün də nə qədər xərclərdən bizi azad etdiyini de hesaba qatmaq lazımdır”.
Eldar Aslanov onu da əlavə etdi ki, tədqiqat “Eurovision” həftəsində və ondan 1 həftə sonra aparılacaq. Və nəticələr iyun ayının sonunda bəlli olacaq.
Mirvari Nəcəf
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?