Ev dustağı edilən generalın yerinə TƏYİNAT

Ev dustağı edilən generalın yerinə TƏYİNAT

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevə yeni müavin təyin edilib.

General-leytenant Firuz Böyükağa oğlu Şirin-zadə Dövlət Sərhəd Xidməti rəisinin beynəlxalq əlaqələr üzrə müavini - Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə təyin olunub. 

Qeyd edək ki, 17.08.2020-ci ildə Prezident İlham Əliyev general-mayor Firuz Böyükağa oğlu Şirin-zadəyə "general-leytenant” hərbi rütbəsi vermişdi. O, bundan əvvəl DSX-nin Baş İdarə rəisi vəzifəsində çalışıb. 

Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı həbs edilən və sonradan ev dustaqlığına buraxılan general-leytenant Əfqan Nağıyev Dövlət Sərhəd Xidməti rəisinin (2020-ci ilin fevral ayından may ayının 13-dək) beynəlxalq əlaqələr üzrə müavini - Beynəlxalq Əlaqələr İdarəsinin rəisi olub. 

Belə ki, sabiq general 2013-cü ildən 2020-ci ilin fevral ayınadək DSX Sahil Mühafizəsinin rəisi vəzifəsində çalışdığı dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə həbs edilmişdi.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az