"Əvvəllər gecələr təhlükəsizliyə təminat verə bilmirdik" — “Maştağada hamı Prezidentin siyasətini dəstəkləyir


"Əvvəllər gecələr təhlükəsizliyə təminat verə bilmirdik. Amma Azərbaycan rəhbərliyi təhlükəsizliyə nail oldu. Buna görə sevinməyə dəyər”.

Demokrat.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

O qeyd edib ki, hazırda Azərbaycanda sosialyönümlü siyasət reallaşır, addım-addım hər şeyə nail olunur: 

"Mən dünən Bakının Sabunçu rayonu Maştağa qəsəbəsində görüş keçirdim. Orda hamı birmənalı Prezidentin siyasətini dəstəkləyir. Dərin düşüncəli adamlar bunu başa düşür. Ölkədə qiymətləri tənzimləmə siyasəti həyata keçirilir. Bu birbaşa prezidentin tapşırığıdır. Gördüyünüz kimi, mütəmadi yarmarkalar təşkil edilir ki, sakinlərdə seçim imkanı olsun. Bu proses davam etdiriləcək”.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az