“Facebook” sosial şəbəkəsinin reytinqi fəal şəkildə azalır və 2012-ci ildə istifadəçilərin məmnunluq indeksinə əsasən qeyd etmək olar ki, bu şəbəkə “Google+” ilə müqayisədə internet “sakin”lərini daha az razı salır.
“Facebook” sosial şəbəkəsi getdikcə istifadəçilərinin etibarını itirir. Belə ki, bu layihədə qeydiyyatdan keçmiş insanların az bir hissəsi şəxsi məlumatlarını öz səhifəsində yerləşdirməyə hazırdır. Bu yaxınlarda keçirilmiş tədqiqat, həmçinin ötən həftənin sonunda dərc edilmiş istifadəçilərin məmnunluq reytinqi buna sübutdur.
“infox.ru” saytı bildirir ki, nüfuzlu “Washington Post” nəşri hələ ki dünyanın ən böyük sosial şəbəkəsinin auditoriyasını təhlil edib və nəticə arzuolunmazdır: təxminən 900 milyon istifadəçinin yalnız üçdə biri şəxsi məlumatlarını bölüşməyə hazırdır.
“Harris Interactive” tədqiqat şirkəti ilə birgə keçirilmiş sorğu 2262 “Facebook” istifadəçisinin fikrini toplayıb və onların əsasında yuxarıdakı nəticə əldə olunub. Respondentlərin üçdə ikisi bildirib ki, “Facebook”un hesab sahiblərinin şəxsi informasiyasına yanaşma tərzindən çox narazıdırlar; onlar tez-tez reklam platformasında istifadə olunurlar, yəni bütün elan verənlər həmin informasiyaya çıxış imkanına malikdirlər.
Vəziyyəti daha doğru qiymətləndirmək üçün “Facebook”u digər internet-şirkətlərlə müqayisə edək. Məsələn, “Amazon” şirkəti respondentlərin 66 faizinin etibarını qazanıb. Zukerberqin şirkəti, hətta “Google”-a (41 faiz) uduzur.
Ann.az
MƏDƏNİ NARAZILIQ... - Yazıçı Anar kimdən kimə şikayət edir?
Müəllimlərə PİS XƏBƏR - AÇIQLAMA
Deputatdan “Azəristiliktəchizat"a etiraz: "Qonşusunun istiliyin pulunu ödəməməsi bina sakinlərinin günahı deyil"
Gənclərin şəxsi və peşəkar inkişafına dəstək məqsədilə təlim proqramı təşkil olunub
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”