FAHİŞƏLİKDƏN JURNALİSTİKAYA

FAHİŞƏLİKDƏN JURNALİSTİKAYA

Son zamanlar reket jurnalistikasının yenidən inkişaf etdiyi göz önündədir. Hətta reket jurnalistikasında müəyyən yeniliklərdə olub. Belə ki, hazırda reket jurnalistikası həm də fahişə xidmətlərindən yararlanmağa başlayıb.  “Vətəninfo.az” olaraq aparılan araşdırmanı maraqlı hesab etdiyimizdən “PAT.AZ”-ın apardığı araşdırmanı nəzərinizə çatdırırıq. Beləliklə...

Təhlükəsiz müştəri tapmaq

Reket jurnalistlərin fahişələrlə total şəkildə iş qurmasının əsas şərtləri olur. Bunlar nədən ibarətdir? İşə cəlb olunan fahişəyə qəzetin vəsiqəsi verilir və hər ay vəsiqəyə görə həmin qadın baş redaktora 50 manat verməlidir. Bundan sonra fahişə artıq sərbəstdir və yalnız baş redaktorun xüsusi tapşırığı olarsa redaksiyaya gələ bilər. Fahişə isə aldığı vəsiqə ilə sadəcə təhlükəsizliyini qoruyur. Ən azından hüquq-mühafizə orqanlarının hədəfinə gəlməmək üçün. Amma başqa iş üsuluda var. Bu nədir?İşə cəlb olunan fahişə aktiv işçi olur. Baş redaktorun hər gün müəyyənləşdirdiyi obyektlərə,daha çox isə rayonlara yollanırlar. Beləliklə vəsiqənin imkanları hesabına jurnalist adı ilə idarə rəhbərlərinin qəbuluna düşür və özlərini bir fahişə olaraq müştəriyyə təklif edirlər. Bu alınmazsa onda yalvar-yapışla da olsa 10 manatdan 30 manat arası pul istənilir. Maraqlı bir fakt. Yasamal rayonunda 6 müxtəlif təyinatlı mağazaların sahibi yaşlı bir kişi “jurnalistdir”. Onun 150 fahişə əməkdaşı var. Daha doğrusu 150-yə qədər fahişəyə vəsiqə verilib və hər ayın tamamında onlar mütləq həmin jurnalistə 30-50 manat arası pul verməli olurlar. İndi isə gəlin PAT.AZ-in əldə etdiyi maraqlı bir fakta baxaq. Bu yəqin ki, reket jurnalistikasında yeni metoddur. 

Qaydasız döyüş 

Bu günlərdə redaksiyamıza maraqlı məlumat daxil oldu. Belə ki, “Yeni olay” qəzetinin baş redaktoru Ədalət Nəbibəylinin qadın əməkdaşlar işə cəlb etdiyi söylənildi. Buda vurğulanır ki, bu şəxsin nəzarətində “qaynarxett.com”,”azerinform.az”,”müstəqil press” qəzeti,”qaynar xəbər” qəzeti var. Beləliklə ,adı çəkilən baş redaktor təzəlikcə rayonların birindən bir qadını işə cəlb edir. Leyli adlı bu qadına vəsiqə verilir və ilk işi Nəsimi rayon bələdiyyəsinin sədri Asif Qurbanovla görüşmək olur. Görüş pul almadan sona çatır. Amma bir-birilərinin telefon nömrələrini alan tərəflər mehribanlıla ayrılır,telefonla əlaqə saxlayır və sonuncu dəfə iki gün öncə 3-cü mikrarayon dairəsində yerləşən “Çudo Peçka”da görüşürlər. Görüşdən sonra isə əməliyyatın əsas hissəsi baş tutur. Belə ki, bələdiyyə sədrinə zəng edilir və ittiham olunur. Aydın olur ki, həmin qadın baş redaktoruna ərizə yazıb ki, Asif Qurbanov onu tez-tez narahat edir və onunla intim əlaqədə olmağı təklif edir. Hətta aydın olur ki, onlar görüşən zaman şəkilləri çəkilib. Beləliklə Asif Qurbanov olur qurbanlıq. Buna görə danışıqlar başlayır və ondan 3 min manat pul tələb olunur. O isə bu qədər pul verə bilməyəcəyini deyir və danışıqlar daha sərt tonda davam etməyə başlayır. Hzırda isə 2 min manat bazarlığı edilir. Çünki ortada ərizə və şəkil var. 

Beləliklə gördüyünüz kimi filmi xatırladan belə olaylar yaşanıb. Amma məsələ bununla bitmir. Aydın olur ki, qəzetin baş redaktoru ən azı 2 ayda bir dəfə jurnal buraxır və 30-40 nüsxəlik bu jurnallar icra başçılarına 150-200 manata verilir. Hətta bəzi icra başçılarının adından məqalələrdə yazılır. Rayonların birindən redaksiyamıza göndərilən jurnalda isə maraqlı bir detalla rastlaşdıq. Belə ki, jurnalda baş redaktor həm də Mətbuat Şurasının katibi kimi təqdim olunub. Buda qeyd olunur ki, hətta qəzet Mətbuat Şurasının üzvüdür. Yəqin ki, bu məsələ tərəfimizdən daha ciddi şəkildə araşdırılacaq.

PAT.AZ

P.S. Buda aydın olub ki,"Yeni olay" qəzeti reket siyahısındadır və təsisçisi Ədalət Nəbiyevin oğludur



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az