Fəthullah Gülənə evinin yanında asılan plakatla mesaj verdilər

Fəthullah Gülənə evinin yanında asılan plakatla mesaj verdilər

FETÖ lideri Fəthullah Gülənin ABŞ-dakı evinin yaxınlığında qoyulmuş bir plakat Türkiyə mediasının gündəminə düşüb

İslamazeri.az Türkiyə mediasına istinadən bildirir ki, plakatın üstündə "Tramp sənin üçün gəlir; FETÖ Gülən" sözləri yazılıb.

Türkiyə mediası iddia edir ki, plakatda "FETO" kəlməsinin yazılması Fəthullah Gülənin terror qruplaşmasının lideri kimi qəbul edildiyini göstərir. Bu isə o deməkdir ki, Trampın prezidentliyindən sonra bu qruplaşma üçün çətin olacaq.

Qeyd edək ki, Trampın təhlükəsizlik və kəşfiyyat üzrə baş sözcüsü general Maykl Flin Gülənlə bağlı yazılarının birində sərt fikirlər səsləndirmiş, Fəthullah Güləni "maskalı terror qaynağı" adlandırmışdı.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az