Fətullah Gülən öldürülə bilər-ABŞ tərəfindən

Fətullah Gülən öldürülə bilər-ABŞ tərəfindən

Türkiyə prezidentinin baş müşaviri İlnur Çevik ABŞ-ın Fətullah Güləni öldürə biləcəyini iddia edib.

 Çevik Türkiyədə baş verən dövlət çevrilişi cəhdinin arxasında ABŞ-ın olduğunu da deyib.

"ABŞ-ın özünü nə baş verdiyini anlamayan kimi” göstərdiyini deyən Çevik, dövlət çevrilişinə cəhdi zamanı çevrilişçilərin ələ keçirdikləri F 16 təyyarələrinin İncirlikdən qalxan tanker təyyarələr vasitəsilə yanacaq doldurduqlarını bildirib. Bunun artıq Türkiyəyə səfərə gəlmiş ABŞ ordusunun Baş Qərargah rəisi Cozef Dunfordun da nəzərinə çatdırılacağını deyən Çevik, ABŞ-ın Fətullah Güləni dərhal ekstradisiya etməsini gözləmədiklərini də qeyd edib.

"ABŞ-da hamı bu işin içərisində deyil, amma bəziləri çevriliş cəhdinə dəstək veriblər. ABŞ-la Gülən arasındakı əlaqə biz düşündüyümüzdən də mürəkkəbdir. ABŞ bəlkə də Güləni öldürəcək, amma Türkiyəyə verməyəcək. Çünki ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi bir çox ölkələrə məhz Gülənin təşkilatının vasitəsi ilə sıza bilib", - deyə Çevik qeyd edib./Avropa.info/

Gülən qaçmağa hazırlaşır

"Fəthüllah Gülən hazırda ABŞ-da, Pensilvaniya ştatındadır. Amma bizdə olan məlumatlara görə, Birləşmiş Ştatları tərk etməyə, qaçmağa hazırlaşır".
Türkiyənin ədliyyə naziri Bekir Bozdağ 23 TV-nin studiyasında canlı yayında olarkən bildirib ki, ABŞ-ın hakimiyyət dairələri izn verməzsə, Gülən zatən ölkəni tərk edə bilməz. "Əgər o, üçüncü ölkəyə getsə, deməli, bu gedişə ABŞ icazə verib. Türkiyədə hərbi çevrilişə cəhdə rəhbərlik etmiş bir adamın, günlərdən bəri dünya mediasının diqqətində olan şəxsitn ABŞ rəhbərliyinin xəbəri olmadan qaçması barədə xəbər yayılsa, buna büütün dünya güləcək. Biz ABŞ-dan Gülənin təhvil verilməsini istəyirik. Çünki o, millətə qarşı etdiklərinə görə millət qarşısında cavab verməlidir".

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az