Fövqəladə Hallar Nazirliyi (FHN) fövqəladə hallarla bağlı ictimaiyyətə müraciət edib. Fövqəladə Hallar Nazirliyindən Vətəninfo.az-a verilən məlumata görə, müraciətdə deyilir: Təhsil müəssisələrində, iş yerlərində, mənzillərdə, mehmanxanalarda və digər yerlərdə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməli, elektrik və qaz cihazları nəzarətsiz qoyulmamalıdır.
İnsanların kütləvi toplaşdığı yerlərdə hər hansı şübhəli əşya gördükdə həmin əşyaya toxunmadan dərhal yaxında olan hüquq mühafizə orqanlarına, Fövqəladə Hallar Nazirliyinin “112” və ya Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verməyinizi xahiş edirik.
İrimiqyaslı idman və mədəni-kütləvi tədbirlərin keçirildiyi müxtəlif məkanlarda, insanların kütləvi toplaşdığı yerlərdə böyük izdiham yaşana bilər. Belə yerlərdə uşaqlarınızı nəzarətsiz qoymayın!
İzdihamlı yerlərdə xəsarət alma riski daha yüksəkdir. Odur ki, kütlə sürətlə hərəkət etməyə başlasa, özünüzü yıxılmaqdan qoruyun. Bunun üçün insan axınının sizi aparmasına imkan verin.
Unutmayın:
Qaydalara biganəlik - həyatımıza təhlükədir!
Təhlükə zamanı “112” yə zəng edin!
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?