FHN-ə 1 aprel zarafatı

FHN-ə 1 aprel zarafatı
Fövqəladə Hallar Nazirliyinin (FHN) Quba Yanğından Mühafizə Xidmətinin əməkdaşları 1 aprel zarafatı ilə üzləşiblər.
Miq.az Report-a istinadən xəbər verir ki, FHN Quba Yanğından Mühafizə Xidmətinin "101” xidmətinə Quba şəhərinin Səməd Vurğun küçəsi, 73 ünvanında yanğın baş verdiyi barədə məlumat daxil olub. Dərhal qeyd olunan ünvana iki yanğınsöndürən maşın və canlı qüvvə göndərilib.

Nəticədə yanğınsöndürənlər nəinki yanğının baş verdiyi, həttə həmin küçədə belə bir ünvanın olmadığının şahidi olublar.

Eyni zamanda, bundan xəbər tutan jurnalistlər hadisəni işıqlandırmaq üçün qeyd olunan ünvana getsələr də, bunun 1 aprel zarafatından başqa bir şey olmadığını başa düşüblər.

Hazırda anonim zəng edən vətəndaşın kimliyi araşdırılır.
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az