Azərbaycan filmləri XI Kazan Beynəlxalq müsəlman kino festivalının proqramına daxil edilib.
Vətəninfo.az-ın məlumatına görə, AZƏRTAC festivalın rəsmi saytına istinadla xəbər verir ki, festival sentyabrın 5-dən 11-dək keçiriləcək.
"Mədəniyyət dialoqundan dialoq mədəniyyətinə" devizi ilə reallaşan festivalın proqramına 25 ölkədən tammetrajlı və qısametrajlı bədii və sənədli filmlər, həmçinin animasiya filmləri olmaqla ümumilikdə 50 film daxildir.
Azərbaycan istehsalı olan "Bakı sübhdən günbatanadək" filmi festivalın "Tammetrajlı sənədli filmlər" kateqoriyasında, "Köhnə saat" cizgi filmi isə "Animasiya filmləri" kateqoriyasında təqdim ediləcək.
"Bakı sübhdən günbatanadək" tammetrajlı sənədli filmi Polşa kinematoqrafçılarının iştirakı ilə "Dünya sübhdən günbatanadək" beynəlxalq layihəsı çərçivəsində hazırlanıb. Layihə çərçivəsində şəhər həyatının ayrı-ayrı situasiyalarını əks etdirən 3-4 dəqiqəlik süjetlərdən ibarət 18 qısa film çəkilib ki, bu filmlərdən də 50 dəqiqəlik bir tammetrajlı sənədli film ərsəyə gəlib.
Layihənin Azərbaycandakı tərəfdaşı Mədəniyyət və Turizm Nazirliyi və "Azanfilm" studiyasıdır.
"Azanfilm"in "Birlik" yaradıcılıq studiyası ilə birgə istehsal etdiyi "Köhnə saat" cizgi filminin rejissoru Cavid Əhədov, bədii rəhbəri Firəngiz Qurbanova, prodüseri Fariz Əhmədovdur.
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib
İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! – Hikmət Hacıyev
"Türkiyədə Azərbaycan əleyhinə danışmazdan əvvəl iki dəfə düşünməlidirlər" - Deputatdan MESAJ
"AKP-də təmsil olunan bəzi deputatlar Çanaqqala döyüşünü heç vaxt unutmamalıdırlar" - Deputatdan MESAJ
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib
İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! – Hikmət Hacıyev
"AKP-də təmsil olunan bəzi deputatlar Çanaqqala döyüşünü heç vaxt unutmamalıdırlar" - Deputatdan MESAJ
Bakıda restoranda baş verən qətllə bağlı 11 nəfər həbs edildi