Fransa İrəvana hücum silahları verir - Hərbi ekspert
Ermənistan Fransadan müdafiə məqsədli ilə CM-200 radiolakasiya stansiyaları da əldə edib. Bu silahlar hücum silahlarıdır. CM-200-lərin Ermənistana verilməsi işğalçının dəstəklənməsi anlamına
Miq.az xəbər verir ki, bunu Bakupost.az -a hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, Fransa Ermənistanı yalnız müdafiə silahları ilə təmin edəcəyini bildirsə də, görünən odur ki, Fransa rəsmi İrəvanı hücum silahları ilə də təchiz edir. Son zamanlar Ermənistan həm də Hindistandan "Ataks" artilleriya qurğuları əldə edib. O cümlədən Fransadan "Bastion" zirehli personal daşıyıcıları Gürcüstan vasitəsilə Ermənistana çatdırılıb:
"Ermənistanın yenidən hücum silahları əldə etməsi təbii ki, Azərbaycana qarşı təhdidlər yaratmaq və təxribatlar törətmək məqsədilə həyata keçirilir. Ancaq işğalçı ölkənin hücum silahları əldə etməsi ona heç nə qazandırmayacaq. Çünki Ermənistan döyüş meydanında uduzmuş bir ölkədir”.