Fransadan idxalı qadağan etsək… - Millət vəkili

Fransadan idxalı qadağan etsək… - Millət vəkili
Azərbaycan Fransa ilə ticarət əlaqələrinə 1993-cü ildə başlayıb. Bu əlaqələr 2022-2023-cü illərdə pik dövrünü yaşayıb. 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 274 milyon ABŞ dolları olub ki, bunun da 229 milyon dolları Fransadan idxalın payına düşüb. 2023-cü ildə isə dövriyyə 514 milyon dollara çatıb ki, bunun da 382 milyon dolları idxaldır.

Bu sözləri Yenipress.az-a iqtisadçı alim, millət vəkili Vüqar Bayramov deyib.

O bildirib ki, 2023-cü ildə Fransadan 40 milyon dollar dəyərində dərman preparatları, 10 milyon dollar dəyərində traktorlar, bundan  başqa, kərə yağları, müxtəlif qidalar, şərablar, parfümeriya və kosmetika məhsulları idxal edilib. Azərbaycan isə Fransaya enerji sahəsində - xammal və strateji məhsullar göndərib.

V.Bayramovun sözlərinə görə, Fransadan idxal edilən məhsulları digər ölkələrdən də almaq mümkündür:

"Dərman preparatlarını Türkiyə, Rusiya və Almaniyadan, şərab məhsullarını İtaliya, Gürcüstan və Moldovadan idxal etmək olar. Azərbaycanın Fransaya göndərdiyi enerji məhsullarının da regionda böyük  bazarı var. Bu məhsullara Türkiyə və Gürcüstanda da təlabat böyükdür. Bir sözlə, Azərbaycanla ticarət əlaqələrinin pozulması Fransa üçün illik 400 milyon dollar ziyana bərabər olacaq”. 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az