Fuad Ələsgərov: “Azərbaycanda korrupsiyaya qarşı ciddi mübarizə aparılır”

Fuad Ələsgərov: “Azərbaycanda korrupsiyaya qarşı ciddi mübarizə aparılır”
"Azərbaycan mədəniyyətlərarası dialoqun yaradılmasına böyük əhəmiyyət verir. Azərbaycan tolerant ölkədir. Ölkəmizdə bir neçə beynəlxalq yarışlar, tədbirlər keçirilib. Bu gün Azərbaycan iqtisadi dayanıqlığa əsaslanan ölkədir. Ölkədə insan hüquq və azadlıqları təmin edilib”.

Miq.az  Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Korrupsiyaya qarşı mübarizə təşkilatlarının rəhbərlərinin və Ombudsmanlarının 3-cü iclasında deyib.

F.Ələsgərov vurğulayıb ki, Azərbaycan iqtisadi dayanıqlığa əsaslanan ölkədir: "Ölkədə insan hüquq və azadlıqları təmin edilib”. O bildirib ki, Azərbaycanda korrupsiyaya qarşı ciddi mübarizə aparılır.

Prezidentin köməkçisi xatırladıb ki, ölkədə bir sıra sosial layihələr həyata keçirilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az