Fuad Poladovları MƏHV ETMƏKLƏ başqa alternativ də qoymurlar
Rövşən Əliyev
Ləyaqətlə yaşayan insanın alqışlanması, adamların onun haqqında xoş sözlər söyləməkdən çəkinməməsi (günümzə bax) yaxşıdır, irəliyə doğru bir addımdır. Ancaq "ehtiyac içində yaşadı, əyilmədi" kimi pafoslu sözlər deyib vəzifəmizi bitmiş saymağımız çox pisdir.
Amerikalıların inkişafının bir sirrini də deyim. Bir faciə olanda ağlayıb bozlamazlar. Faciəni doğuran səbəbin üstünə gedərlər. Övladı döyülən valideyn zorakılığa qarşı kampaniya başlayar, bir xəstəlikdən sevimlisini itirən o xəstəliyin çarəsinə yardım fondu yaradar.
Belə örnəklər çoxdur. 19-cü əsrdə özü qul olmuş qaradərili Frederik Daqləs quldarlıq təfəkkürünün üstünə gedib, siyasi mübarizəyə qoşulub, kitab yazıb, vitse-prezidentliyə namizəd olub. Uşaq vaxtı çoxlu psixoloji sarsıntılarla, zorakılıqlarla, hətta yaxınlarının zorlamaları ilə üzləşmiş Luiz Hey sarsıntı iə üzləşənlərə yardım üçün böyük işlər görüb, Amerikanın ən məşhur motivator yazıçılarından birinə çevrilib. Belə örnəklər çoxdur.
Gələk bizə. Sənətdə Fuad Poladov faciəsinin kökünə gedirikmi? Sənətin, başqa bu tip sahələrin siyasiləşməsi və peşəkarların hakimiyyətdən aşırı asılılığı probemlərinə gedib çıxırıqmı? (Bəli, "mən siyasətə qarışmıram" deyənlər gözlərinin içinə qədər yalan danışırlar, onlar siyasətin tam ortasındadırlar, sənəti siyasətə tabe elətdiriblər. "Mən siyasətə qarışmıram" deyən mütəxəssislər "mən siyasiləşməyə qarşıyam" deyəndə düzgün dəyərləndirmə başlayacaq.)
Çıxış yolları istəyirsiniz? Dünya bu yolları çoxdan keçib. Elə Şərqin özünün vəqf ənənələri də pis deyil.
Dünyada belədir ki, imkanlılar, xüsusən imkanlı ailənin xanımları özünü təsdiqləmək üçün hansısa bir fondda aktivlik edir. Bizdə belələrinin əsasən iki istiqaməti var: "понт" dalınca qaçmaq və nəzir qutularına pul salmaq. Hər ikisi biabırçı dünyagörüşün məhsuludur.
Ərdoğanla Gülən Türkiyəni məhv eləyənə qədər orda da normal vəqflər, fondlar var idi. İslamizm düşüncəsi və siyasi monopoliyadan qabaq, xatırlayırsınızsa Türkiyədə sənət çiçəklənirdi. Liberal iqtisadiyyatı söyən sosialist Ləvənt Kırçanın özəl teatrı da o dövrün məhsulu idi. Belə şeylər bizdə nə kommunizmdə mümkün olub, nə indiki dövrdə. İslam da gəlsə, olan-qopan gedəcək işinə. Və Fuad Poladovları məhv eləməklə başqa alternativ də qoymurlar.
(Yazı Rövşən Əliyevin feysbuk statusundan götürülüb)
Miq.Az