Fuat Oktay TƏSDİQLƏDİ: Terror aktını o törədib

Fuat Oktay TƏSDİQLƏDİ: Terror aktını o törədib

Türkiyənin vitse-prezidenti Fuat Oktay İstanbulun İstiqlal küçəsində törədilən terror aktının qadın tərəfindən törədildiyini bildirib.

Publika.az xəbər verir ki, daha əvvəl bu versiyanı "OdaTV"nin Türkiyə nəşri şübhəlinin fotosunu dərc edərək fərziyyə kimi səsləndirmişdi.

Fuat Oktay brifinq zamanı deyib:

Biz bunu qadın hücumçunun bombanı işə salması nəticəsində baş verən terr aktı hesab edirik"

Qeyd edək ki, Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində bazar günü saat 16:20 radələrində partlayış baş verib. Partlayış nəticəsində 6 nəfər ölüb, 53-ü yaralanıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az