Füzuli sakini qohumunu güllələdi

Füzuli sakini qohumunu güllələdi
Yanvarın 19-da Füzuli Rayon Polis Şöbəsinə rayon sakini Yaşar İbişovun odlu silahla yaralanması barədə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerinə gələn polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Araşdırmalarla Y.İbişovun Qayıdış qəsəbəsində olarkən münaqişə zəminində qohumu, Fin qəsəbə sakini Cəsarət Nəbiyevin tüfəngdən açdığı atəşlə yaralanması müəyyən edilib.
Görülmüş tədbirlərlə C.Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan cinayətdə istifadə etdiyi, müvafiq sənədləri olmayan "TOZ-8” markalı tüfəng də götürülüb.
Saxlanılan şəxs maddi sübutla birgə istintaqa təhvil verilib



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az